Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İlqar Abbasovun bacanağının ev alveri –Fakt

 

 Şirvan şəhər icra başçısı İlqar Abbasovun özünə köməkçi təyin etdiyi bacanağı Etibar Yolçiyev qalmaqallı məmurlardan imiş.

Yenixeber.org: İ.Abbasov paytaxtın Suraxanı rayonuna rəhbərlik etdiyi dövrdə bacanağı E.Yolçıyev onun müavini postunu tutub.

Bu müddət ərzində başçı müavininin adı müxtəlif neqativ məsələlərdə hallanıb. Belə ki, ayrı-ayrı vaxtlarda Suraxanı sakinlərinin şikayətləri dərc olunub. Həmin şikayətlərdə deyilir ki, E.Yolçiyev “haqq” verməyənlərin evlərini sökdürüb.

Məsələn, Əhmədova Sevinc İdris qızı, Həşimov Şaiq Həşim oğlu, Rəhimov Ələm Səməndər oğlu, Seyidova Salatın Muxtar qızı, Əhmədov Aydın Muxtar oğlu və Əhmədov Oktay Muxtar oğlunun adından mətbuatda çap olunan şikayət məktubunda deyilirdi ki, onların bağ sahəsi İ.Abbasovla E.Yolçiyev tərəfindən ələ keçirilib.

Bundan əlavə, İ.Abbasovla E.Yolçiyev, o cümlədən Suraxanı MKTB rəisi Mais Məmmədov və Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfovun razılığı ilə Vaqif adlı şəxs park ərazisini zəbt etmişdi.

Suraxanı sakini olan Hacı Bəkir Həsənbəyli adlı şəxs isə Etibar Yolçiyevin başına açdığı oyunlardan yazmışdı:

“İlqar Abbasovun bacanağı Etibar Yolçiyev qanuni çıxarışı olan torpaq sahəsində ev tikməyə imkan vermir. Etibar Yolçiyev tikintiyə başlamaq üçün ondan bank hesabına 2000 manat köçürməyi tələb edib”.

Ümumiyyətlə, Etibar Yolçiyevin adı bir neçə dəfə ev tikintisi, torpaq satışı zamanı qanunuz rüsumlar tələb etməkdə hallanıb. Lakin buna rəğmən, onun barəsində müvafiq ölçü götürən olmayıb.(reportyor.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam