Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Karantin günlərində həbs, sosial yardım və bank qərarları

 Bərbad icra mexanizmləri qərarların effektivliyini azaldır, həbslər müsbət qarşılansa da, ölkədə real dəyişikliklərə səbəb olacağı ilə bağlı suallar var...

Yenixeber.org: Karantin rejiminin davam etdiyi günlərdə ölkədə bir sıra mühüm hadisələr baş verdi. Bank sektorunda 3.6 faizə qədər payı olan 4 bank bağlandı, 190 manat birdəfəlik yardım paketi ilə bağlı müraciətlər dayandırıldı və hüquq-mühafizə orqanları icra başçılarına və mərkəzi icra orqanlarında çalışan yüksək vəzifəli şəxslərə qarşı əməliyyat keçirdi. Bu hadisələrin hər biri onsuz da həssaslaşan cəmiyyətin həyatına ciddi təsir göstərdi. Bu təsirləri həm müsbət, həm də mənfi çalarları var, onları dəyərləndirmək vacibdir.

Əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM) birdəfəlik müraciətlərin dayandırılması qərarı barədə:

Nazirliyin rəsmi məlumatına görə, təxminən 1.235 milyon nəfərin müraciəti qeydə alınıb. Onlardan 600 min nəfərə 190 manat ödəniş veriləcək, qalan 635 min nəfər imtina cavabı alıb. Hazırda ödənişlərin verilməsi ilə paralel olaraq imtina cavablarının göndərilməsi davam etdirilir. Prosesin gedişində nazirliyin bu istiqamətdə dövlət siyasətinin icrasında çox ciddi yanlışlıqlara yol verdiyi üzə çıxdı. Onları belə qruplaşdırmaq olar:

  1. Müraciətlərin qəflətən dayandırılması. Nazirlik ən azı əhalinin sosial vəziyyəti ilə bağlı dəqiqləşdirmə aparmaq üçün müraciət pəncərəsini sonadək açıq saxlamaqda maraqlı olmalı idi;
  2. Hər kəsə müraciət imkanı verilməməsi. Məsələn, sistem bir ailədən – ər və ya arvaddan ancaq birinin müraciətini qeydə aldı, bu, həm qanunvericiliyin pozulması, vətəndaşların hüquqlarının məhdudlaşdırılması, həm də sosial dəstək baxımından yanlış qərar idi.
  3. İşləməsə də, adına VÖEN, əmək müqaviləsi olan vətəndaşlara təkrar müraciət imkanı yaradılmaması. Baxmayaraq ki, bu barədə Dövlət Vergi Xidməti ilə razılıq əldə olunmuşdu.
  4. Vətəndaşlara ümumiyyətlə, apellyasiya imkanının yaradılmaması. Bu da çox ciddi səhv idi və insan hüquqlarının kobud pozuntusu sayılır.

İndi keçək nazirliyin əhaliyə verdiyi imtina cavablarına və onun necə ortaya çıxmasına. Nazir Sahil Babayev deyib ki, onlar yalnız pandemiya şəraitində işini itirən, sosial vəziyyəti pisləşən ailələrə dəstək verməyə çalışıblar. Bütövlükdə ölkədə işsizlərin, maddi yardıma ehtiyacı olanların 190 manatla təmin edilməsi hökumətin hədəfi olmayıb. Bu yanaşma əslində vətəndaşlara münasibətdə ayrı-seçkiliyə yol açır və ədalət prinsipinin pozulmasına gətirib çıxarır. Yardıma ehtiyac təkcə pandemiyanın yaratdığı situasiyadan qaynaqlanmır, ona görə vətəndaşlar arasında belə bölgü aparmağa çalışmaq fundamental səhvdir. Məhz inkişaf etmiş ölkələrdə bütün vətəndaşlara yardım paketləri ona görə verildi ki, dövlət bərabərlik, ədalət prinsipini rəhbər tutur.

Nazirliyin əhaliyə göndərdiyi imtina SMS-ləri isə qurumun bu prosesi necə apardığını ortaya qoydu. Rəsmi məlumata görə, müraciət edənlərlə bağlı məlumatlar 23 məlumat bazası üzərində aparılan araşdırma aparıldıqdan sonra yardımın verilib-verilməməsi barədə qərar qəbul olunur. Amma reallıqda tamamilə fərqli mənzərə üzə çıxdı.

  1. Məlum oldu ki, nazirliyin bu müraciətləri araşdıran yerli qurumları öz işinin öhdəsindən gəlməyib. Vətəndaşların məlumatları bir çox hallarda ümumiyyətlə, araşdırılmayıb. Nəticədə minlərlə vətəndaş yardım almaq hüququndan məhrum edilib, əksinə, elə nazirliyin özünün müəyyən etdiyi şərtlərə zidd olaraq bir çox vətəndaşlar 190 manat alıblar. Bu fakt sosial şəbəkələrdən də göründüyü kimi, ciddi etirazların əsas səbəblərindən biridir.
  2. Ortada kifayət qədər dəlil-sübutlar olmasına rəğmən, ƏƏSM rəhbərliyi vətəndaşlara apellyasiya imkanı yaratmır. Müraciət kanallarını qapalı tutur və problemləri işıqlandıran, etiraz edən vətəndaşları qınamaq, ittiham etmək yolunu seçib. Bu səhv yanaşma hazırda yaşanan sosial gərginliyin əsas mənbələrindən biridir. Əksər rayonlarda nazirliyin yerli şöbələri hər gün etiraz edən vətəndaşlarla dolub-daşır, polislə, yerli məmurlarla toqquşmalar yaranır. Buna baxmayaraq, nazirlik geri addım atmır. 

Beləliklə, hansı mənzərə yaranır? Hökumət 190 manatın əhatə dairəsini genişləndirməklə öz dəstəyinin çevrəsini böyütməyi hədəflədiyi halda, nazirliyin yarıtmaz fəaliyyəti ciddi problemlər yaradır. Bu istiqamətdə ciddi düşünmək və problemləri həll etmək lazımdır.

Bankların tələsik bağlanmasına nə ehtiyac vardl?

Karantin günlərində verilən səs-küylü qərarlardan biri isə Mərkəzi Bank (MB) tərəfindən 4 bankın – “Atabank”,“Amrahbank”, “AGBank” və “NBCBank”ın fəaliyyətinin dayandırılmasıdır. Onlardan iksinin lisenziyası geri çağırılıb, ləğvetmə mərhələsindədirlər, digərləri barədə də analoji qərarların veriləcəyi istisna olunmur.

Bu qərarın məhz pandemiyanın daraltdığı iqtisadi şəraitdə, sosial gərginliyin artdığı günlərdə verilməsi təəccüb doğurdu. Mərkəzi Bank bu sektorda çalışan minlərlə kadrın işsiz qalmasını, kommersiya qurumlarının bağlı olduqları biznes şəbəkələrinin necə ağır duruma düşəcəklərini nəzərə almadı. Nəticədə yaranan vəziyyət bundan ibarətdir:

  • İş adamları köçürmələr apara, onların işçiləri də əmək haqlarını çıxara bilmədilər;
  • Banklarda hesab açan sahibkarların bir çoxu ölkədə nağdsız ödənişlərə, kölgə iqtisadiyyatından leqal iqtisadiyyata keçid çağırışlarına cavab verərək öz dövriyyələrini rəsmiləşdirən mağaza, restoran və digər xırda biznes sahiblərdirlər;
  • “Atabank” tərəfindən on minlərlə mağaza və restoranda POS-terminal quraşdırılıb. Həmin zaman məcburi olaraq iş adamlarının cari hesabları “Atabank”da açılıb. Müştərilərin kartlar vasitəsilə həyata keçirdikləri ödənişlər bu hesblarda yığılırdı. Ötən ilin yay ayından başlayaraq “Atabank”ın vəziyyəti ağırlaşdığı üçün müştərilərinin pullarını tam qaytara bilmədi. Nağdız ödəniş çağırışına qoşulan sahibkarların halal pulları bu bankdakı hesablarında qaldı;
  • Ötən il İqtisadiyyat Nazirliyi kölgə iqtisadiyyatından leqal iqtisadiyyata keçid kampaniyasına başladı. İş adamlarına güzəştlər edildi ki, “dövriyyələrinizi rəsmiləşdirin”, “alışları və satışları rəsmi edin”, “işçilərlə müqavilə bağlayın”, “əməkhaqlarını kartla ödəyin” kimi çağırışlar səsləndirildi. Bir çox iş adamı da çağırışlara qoşuldu, hesabı olamayanlar bankda hesab açdılar, hesabı olanlar isə dövriyyələrini bu hesaba yönəltdilər. İşçilər maaşlarını əməkhaqqı kartı ilə almağa başladılar.

Bu gün bu iş adamlarının bir çoxu məyus olub. “Atabank”, “Amrahbank”, “AGBank”və “NBCBank”da hesabı olan sahibkarlar və işçiləri vəsaitlərindən istifadə edə bilmirlər.

“AmrahBank”ın filial müdiri Xəyal Məmmədli bildirib ki, qəfil bloklanma nəticəsində nəinki sahibkarlar, hətta alimentlə dolanan uşaqlar və onların valideynləri də çətin duruma düşüb: “Elə valideyn var ki, aliment onun bu bankda açdığı hesaba köçürülürdü. Yaxud, elə müştərilərimiz var ki, xaricdədir, bu bankın kartından istifadə edirdi. Sahibkar var ki, tenderdə qalib gəlib, vəsait köçürülüb, çıxara bilmir, çünki hamısı bloklanıb”.

Onun sözlərinə görə, bəzi şirkətlər işçilərinə maaşı bu bank kartları vasitəsilə verirdilər. Bloklanma aprelin sonuna təsadüf etdiyindən, aylıq maaşı köçürməli olan qurumlar da, işçilər də çətin vəziyyətdə qalıblar: “Hesablarındakı çox kiçik məbləğə belə ehtiyacı olan vətəndaşlar var”.

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bu banklarda hesab açan vətəndaşları və iş adamlarını qınayır, hansı tədbirlərin görüləcəyi, insanları yaranmış vəziyyətdən necə çıxaracaqları barədə danışımır.

Bu qərarın pandemiya şəraitində hansı zərurətdən irəli gələrək verilməsi barədə izahatlarda Mərkəzi Bank rəhbəri kommersiya qurumlarının nəzarətedici qurumlara yalan məlumat verməsi, kapital öhdəliklərini yerinə yetirə bilməməsi, əmanətləri qaytarmaq imkanlarını itirməsi ilə izah edib. Amma dövlətin niyə dəstək yolunu tutmadığı, bankları bağlamaqla minlərlə insanı məhrumiyyətə düçar edildiyini aydınlaşdırmaq istəməyib.

DTX-nın əməliyyatları müsbət qarşılanır, amma…

Nəhayət, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) icra hakimiyyətləri və Mədəniyyət, Turizm Nazirliyində keçirdiyi əməliyyat və apardığı həbslər barədə.

Sosial şəbəkələrdən cəmiyyətin bu hadisələrə reaksiyasını öyrənmək  mümkün olduğuna görə, ictimai rəydə əsas tendensiyaları belə qruplaşdırmaq olar:

  1. Əməliyyat və həbslər müsbət qarşılanır.
  2. Gözləntilər var ki, bu cür əməliyyatların miqyası və əhatə dairəsi daha “yuxarıları” əhatə edəcək. Çünki prezident İlham Əliyev son çıxışlarında buna işarə vurub.
  3. Korrupsiya ilə məşğul olan keçmiş və indiki məmurların aqibəti, onlara qarşı cəzaların adekvatlığı, prosesin davamlılığı barədə suallar qalmaqdadır.

Yüksək vəzifəli məmurların həbsinin cəmiyyətdə müsbət qarşılanmasının əsas səbəbi əslində hazırki idarəçilik sisteminə ictimai etimadın olmamasıdır. Vətəndaşlar dəqiq bilirlər ki, yüksək postlarda çalışanların mütləq əksəriyyəti korrupsiyaya qurşanıblar, onların fəaliyyəti öz maraqlarını təmin etmək istiqamətindədir. Bütün rayonlarda təxminən eyni vəziyyət hökm sürür, ona görə də bütövlükdə sistem xarakterli islahatların aparılmasına ehtiyac var. İcra başçılarının həbsi, yeni təyinatlar əhalinin güzəranında, hüquqlarının genişlənməsində faktiki rol oynamır. Bəzi təyinatlarda yenidən nepotizm halları təkrarlanır ki, bu  da islahatlara olan ümidlərin azalmasına gətirib çıxarır.

Ona görə də mütləq şəkildə bu həbslərin əhatə dairəsi genişləndirilməklə yanaşı, yeni idarəçilik sisteminin modeli hazırlanıb, ictimai müzakirəyə təqdim olunmalıdır.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam