Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Cəlilabadada ərzaq yardımı istədiyinə görə 80 yaşlı əlil qadın şərləndi –PREZİDENTƏ MÜRACİƏT

 Yenixeber.org: Cəlilabad rayonun Uzuntəpə kənd sakini, əlil təqaüdçü, Böyük Vətən Müharibəsi iştirakçısı Nuriyev Qaraşın dul qadını  Nuriyeva Meyxanım ölkə başçısı İlham Əliyevə ünvanladığı şikayət məktubunun bir surətini də üzləşdiyi haqsızlığın ictimailəşdirilməsi üçün redaksiyamıza müraciət ünvanlayıb. Meyxanım Nuriyeva şikayət  məktubunda Cəlilabad rayon İcra Hakimiyyətinin Uzuntəpə kənd icra nümayəndəsi  Əlifağa Mirzəyevin onu nahaq yerə şərləməsindən narahatçılığını bildirir. O,yazır ki, İcra nümayəndəsi  yerli polisə şikayət ərizəsi verərək guya 80 yaşlı qadın tərəfindən kənd icra nümayəndəliyin inzibati binasının 22 aprel 2020-ci il, səhər saatlarında qəsdən yandırdığını bildirmişdir.

 

5 may 2020-ci il tarixində xəstə qadından Cəlilabad rayon Polis Şöbəsində izahatı alınmışdır. Bundan hiddətlənən Meyxanım xala göndərdiyi video müraciətdə bir daha qeyd edir ki, İcra nümayəndəsi Əlifağa Mirzayev onu qəsdən şərləyir. Çünki, bu yanğın hadisəsindən bir neçə gün əvvəl o da başqa imkansız və baxımsız kənd sakinləri kimi icra nümayəndəliyinə getmiş və maddi ərzaq yardımı istəmişdir. Ona rədd cavabı verildikdə isə yaşlı qadın binanın qarşısında digər sakinlər kimi etiraz etmiş və dövlət tərəfindən gələn yardımları özləri bölüşdürdüklərini, kasıbların payını mənimsəməkdə günahlandırmışdır. Budur, 22 apreldə inzibati bina necəsə yandırılmışdır. Və dərhal icra nümayəndəsi mənim adımı şübhəli şəxs kimi polisə təqdim etmişdir. Axı mən zorla yeriyirəm, bir gözüm görmür, əlil və xəstəyəm. Sağ olsunlar ki, yerli polislər də mənə birtəhər izahat yazdırıb buraxdılar. Və məni dəvət etiklərinə utandılar. Amma nə etməli, Əlifağanın 500 ha torpağı var, obyekt kimi dəyirmanı var, narkotik satır. Dolanır. Biz isə acınacaqlı vəziyyətdə qalmışıq.
Əlifağanın qardaşı oğlu Cəlilabad rayon polis Şöbəsində Cinayət Axtarışları Şöbəsinin rəisi işləyir. Bu adam da ona güvənərək hamıya təzyiq edir. Mən sizdən çox xahiş edirəm ki, cənab prezidentimiz İlham Əliyevə mənim şikayətimi çatdırın ki, İcra nümayəndəsi Əlifağanın rəzalətinə son qoysun,biz kasıb insanları şərləməsin ki, gəlib ərzaq yardımı istəyək.

P.S.  Əlifağa Mirzayevlə bağlı digər mənbədən aldığımız məlumatdan da aydın olur ki, istər kənd icra nümayəndəliyi, istərsə də yerli bələdiyyələrin heç birində idarənin möhürü saxlanılmır. Vətəndaşlar hər hansı arayış almaq istədikdə deyirlər ki, möhürləri İcra Hakimiyyətindən götürüblər. Gərək gedib sənədlərə orada icazə ilə möhür vurdurub sonra gətirək. Digər məlumatda isə deyilir ki, Əlifağa Mirzəyev Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Uzuntəbə kənd ərazi İcra Nümayəndəsi işləyir. Bir dövlət məmuru kimi barəsində söylənilər o qədər də ürəkaçan deyil. Məlumatlara görə bu yaxınlarda yaxın qohumu Ədil adlı şəxs Əlifağanın törətdiyi cinayət əməlini öz üstünə götürməli olub.Bunun müqabilə Ədilə lazımi kömək olunacağını söz verən Əlifağa sonradan verdiyi sözün üstündə durmayıb,dediklərinə əməl etməyib. Nəticədə qohumu tərəfindən olunun bu haqsızlığa görə hazırda həbsdə olan Ədil Şirvan şəhər Apellyasiya Məhkəməsinə işinə yenidən baxılması üçün apellyasiya şikayəti verib.Məlumatlara görə İcra nümayəndəsi bir razılığa gəlmədiyindən hal-hazırda aralarında ciddi problem yaşanmaqdadır.(aktualinfo.org)

​​ ​​​​


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam