Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cavid Qurbanov bu səbəbdən baş nazir ola bilməz... -FOTOFAKT


 Yenixeber.org: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin sabiq deputatı Cavid Qurbanov son vaxtlar mətbuatın ən çox tənqid etdiyi məmurlardan biri, bəlkə də birincisidir. Şübhəsiz, bunun da bir çox əsaslı səbəbləri vardır. Bununla bağlı saytımıza danışan mənbə iddia edir ki, əslində köhnə cəbhəçi komandanın tək-tük yadigarlarından olan Cavid Qurbanov hələ də iqtidar düşərgəsində özünü diskomfort hiss edir.

Mənbənin söylədikləri: "Onu zamanında nə köhnələr səmimi qəbul edib, indi də yeniləşən komandada ona yer olmadığı aşkar şəkildə duyulmaqdadır. "Azəravtoyol"dakı yeyintiləri səbəbindən Qurbanovu bu gün islahatçı dəmiryolçu kimi qəbul etmək təbii hesab olnmadığı kimi, onun bir kadr olaraq xarakterik xüsusiyyətləri də yeniləşmiş komandada qərarlaşmasını imkansız etməkdədir".

Mənbə xatırladır ki, amma buna rəğmən Cavid Qurbanov nəinki geri durmur, əksinə yeni postlar uğrunda aşkar mübarizədədir. Hətta Azərbaycanda baş nazir təyinatının kifayət qədər yeni olmasına rəğmən, yenə də baş dəmiryolçu sözügedən posta iddialarından vaz keçmi. Lakin bu iddialar heç də reallığa çevrilməyib və şevrilə də bilməz. Bunu da saytımıza açıqlamasında mənbə iddia edir: "Amma baş dəmiryolçunun indiki postundan yüksəyə qalxacağı mümkün olmayacaq. Bu isə C.Qurbanovun keçmişi ilə bağlıdır".

Xatırladaq ki, Cavid Qurbanov zamanında Ulu Öndər Heydər Əliyev tərəfindən vəzifəsindən qovulub və məlumatı verən mənbə bildirir ki, Cavid Qurbanova "STOP" qoyulması, onun müəyyən həddə qədər yüksəlişinin sərhədli olması da məhz həmin məqamla əlaqədardır.

Aşağıda təqdim etdiyimiz sənəd həmin keçmiçin bir sübutudur. Hansı ki Cavid Qurbanova köhnə illərini – xəyanət illərini xatırladır.

İdaia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq..(dia.az)

Cavid Qurbanov niyə baş nazir ola bilməz...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam