Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Musa Quliyevin Gəncədə qurduğu imperiyası

 

Yenixeber.org: Nəzərinizə çatıdıraq ki, millət vəkili olduğu müddətdə Musa Quliyev öz köməkçisi və bacısı Gülsüm Fətəliyevanın kürəkəni Eldəniz Xudiyevi Kəpəz rayonuna icra başcısı təyin etdirmişdir. Gülsüm xanım Gəncə Dövlət Unversitetinin prorektorudur. Gülsüm Fətəliyeva hal-hazırda özünü Gəncə şəhərinin birinci xanımı hesab edilr. Onun həyat yoldaşı Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktorudur. Gülsüm xanımın 74 yaşı olan qaynı isə Musa Quliyevin köməkçisidir.

M.Quliyevin bacısı oğlu Gəncə şəhərində car çəkmişdir ki, mənim dayım bu seçkilərdə də deputat olacaq.Deputatın qohumları bu qurduqları imperiyadan istifadə edərək Bakıda və Gəncədə böyük biznes şəbəkəsi qurublar. Müxtəlif şəxslərin adına olan bu biznes şəbəkələrinin qazancı Musa Quliyevin cibinə gedir. Kəpəz rayonunun icra başcısı E.Xudiyev güclü əlaqələri ilə nəinki Kəpəz rayonunda, hətta bütün Gəncə şəhərində aparılan tikinti işlərinə nəzarət edir və külli miqdarda qeyri-qanuni gəlir əldə edir. Bu gücündən istifadə edərək o, Kəpəz rayon İcra Hakimiyyətinin, bütün təhsil, səhiyyə, mədəniyyət idarələrinin rəislərinə tapşırıq verir ki, həmin idarələrin işçiləri və onların qohumları Musa Quliyevə səs versinlər. Hal-hazırda əhali arasında karusel əməliyyatı üçün təlimatların verilməsi hamıya məlumdur.

Musa Quliyev əhalinin böyük etirazlarından və çətin vəziyyətdə qalacağından ehtiyat edərək heç bir səyyari görüşə çıxmır, sadəcə işçilərinin ya da yaxın adamlarının evlərində və ya, planlaşdırılmış və seçilmiş insanların iştirak etdiyi görüşlərdə dırnaqarası təbliğat işləri aparır. Opponenti Vəli Dünyamalıyevə Musa Quliyevin tapşırığı nəticəsində polis təziyiq göstərmişdir. Xatırladaq ki, Musa Quliyev 3 dəfə Kəpəz rayonunu əhatə edən 40 saylı seçki dairəsindən deputat seçilmiş və ancaq seçki ərəfəsində Gəncə şəhərinə gəlmişdir. Bu müddət ərzində heç bir seçicinin problemi ilə maraqlanmamışdır. Buna baxmayaraq yenidən seçilmək istəyir.(aktualxeber)

Qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam