Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İlqar Eyyubovun yeni iddiaları: Nazirin “at, eşşək, qatır mütəxəssisi” deputat olmaq istəyir?-İDDİA

 

 

Növbədənkənar parlament seçkiləri ölkənin siyasi sistemində müəyyən dəyişikliklərin olmasına ümidlər yaradıb. Amma bu prosesdən vurulub kənara atılmış məmur kontingenti də bəhrələnmək niyyətindədir.

Yenixeber.org: Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə parlament seçkilərinə qatılmaq, yaxud ən pis halda hansısa nazirlikdə yenidən iş almaq iddiasında olan şəxslərdən biri də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin sabiq sektor müdiri İlqar Əyyubovdur. İlqar Eyyubov daha əvvəllər “RRBN” MMC adlı sahibkarlıq subyektinə rəhbərlik edib. İndi bu hadisə nazirlik əməkdaşları arasında məsxərəyə çevrilib. İlxıçılıqla məşğul olan İlqar Eyyubovun hansı kriteryalarına görə Dövlət Əmək Müfəttişliyi Xidmətinə təyinat alması hər kəs üçün olduqca maraqlıydi. Etibarlı mənbədən daxil olan məlumata görə, İlqar Əyyubov bu vəzifəyə müqavilə əsasında götürülübmüş. Halbuki bir müddət bundan əvvəl mətbuatda gedən bəzi məlumatlarda qeyd olunurdu ki, DİM tərəfindən ƏƏSMN-nin vakant yerlərinə işə qəbul olsa da, nazirlik tərəfindən hələ də müqavilə əsasında işə götürülən adamlarla işləməyə üstünlük verilir.

Bu da nazir Sahil Babayevin DİM tərəfindən bu nazirliyin vakant yerlərinə işə qəbul olunan vətəndaşlara qarşı soyuq münasibətindən irəli gəlir. Bu soyuq münasibətin isə hardan qaynaqlandığını yalnız nazir özü bilir. Ölkədə əmək hüququ pozulan hər kəs nazir Sahil Babayevə və onun rəhbəri olduğu nazirliyə müraciət etməli olduğu halda, hüququ pozulan sahibkarların da məhz Sahil Babayev tərəfindən qorunacağına inanmaqdan başqa çarəmiz qalmır. ƏƏSMN işçilərinin əmək qanunlarını qorumaq əvəzinə, kobud şəkildə pozaraq sahibkarları incitməsi ölkədə rüşvətə qarşı aparılan mübarizənin üstündən xətt çəkir. Amma mövzumuz bu deyil.

Məlymata görə, İlqar Eyyubov Dövlət İmtahan Mərkəzində müsabiqədən və müsahibədən keçmədən müddətli əmək müqaviləsi ilə müddətsiz və sərhədsiz fəaliyyət göstərib. Eyni zamanda yerli mediada səslənən iddialara görə, İ.Eyyibov Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərovun “qara kassası” kimi fəaliyyət göstərib. Belə ki, elə onu qatırçılıqdan qulluqçuluğa gətirən və ağ günə çıxaran da Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov olub.

Media üzərindən apardığımız araşdırmalara görə, Xidmət rəisi Elman Cəfərov bu sahənin adamı olmadığına görə süni mayalandırma ilə Dövlət Əmək Müfəttişliyi Xidmətini səhv salıb. Bununla yanaşı, o, hüquq-mühafizə orqanlarında nə qədər kariyera sahibi ola bilməyən tanışları və tələbə yoldaşları arasında işsiz qalan dostları varsa, hamısını Dövlət Əmək Müfəttişliyi Xidmətində vəzifə sahibi edir. Nazir Sahil Babayev Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə ilə qohumluq münasibətindən sui-istifadə edərək nazirlik sistemində dövlət qulluğu haqqında qanunvericiliyə məhəl qoymadan özünə savadsız və asan idarə olunan komanda formalaşdırmağa çalışır.

Bəs İ.Eyyubov sektor müdiri işləyərkən əsas vəzifəsi nədən ibarət olub? Bu barədə mənbənin sözlərinə görə, o, əmək hüquqları pozulan və ümidlə dövlətdən kömək istəyən vətəndaşların müxtəlif dövlət orqanlarına ünvanladığı və baxılması üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətlərini öz nəzarətinə götürür və bu müraciətlərin cəriməsiz bağlanması üçün rüşvət yığır.

Xidmət rəisi Elman Cəfərovun dərkənarı ilə icra üçün sektora göndərilən müraciətlər həmin sektorun Rəhim və Fərid adlı əməkdaşları tərəfindən realizə olunur. Belə ki, İşəgötür həmin əməkdaşlar tərəfindən hədələnərək onlardan rüşvət alınır. Vətəndaşların müraciətləri isə baxımsız qalır. Eyni zamanda həmin sektor Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələri tərəfindən icra olunan sənədlərə nəzarət edir. Bu o deməkdir ki, eyni zamanda yerli orqanların fəaliyyətindən əldə oluanan gəlirlərə də, İlqar Eyyubov nəzarət edir. Elman Cəfərov həm istehsalat xəsarətlərindən, həm də ərizə və şikayətlərin ört-bastır edilməsinə görə qazanc əldə edir.

Müqavilə müddəti bittidkdən sonra vəzifəsi ilə vidalaşan İ.Eyyubov indi yeni iddialara düşüb. Onun qarşıdan gələn parlament seçkilərinə qatılması da ehtimal olunur.(cumhuriyyet.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam