Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rüktoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

"Qara yara" torpaqdan da yoluxur - Agentlik

 

Son zamanlar hər il ərzində 5-6 baş heyvanda "qara yara" xəstəliyi aşkarlanıb. Bu xəstəliklər peyvənddən yayınan heyvanlarda baş verib.

Yenixeber.org:  Bunu bu gün keçirilən konfransda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib.

Onun sözlərinə görə, heyvan kəsilən zaman qan laxtalanmırsa, "qara yara"dan şübhələnmək lazımdır: "Bu xəstəlik kənardan gələn heyvanlarda müşahidə olunur. Onlar da nəzarətə götürülür, peyvəndlənir. Lakin "qara yara" xəstəliyi ilə bağlı insan ölümün olmasıma təəssüflənirik".

R.Salmanov bildirib ki, qarayara xəstəliyi təkcə heyvanlardan yox, torpaqdan da yoluxur: "Zamanında profilaktik peyvəndləmə aparılmalıdır ki, belə xəstəlik olmasın. "Qara yara" xəstəliyi torpaqda 80-100 il ərzində qala bilir. Heyvanların da bu xəstəliyə yoluxması əsasən yaz və payız aylarında olur. Yazda heyvan örüş-otlaq sahəsinə gedəndə ot az çıxır, otlayan zaman torpaqla daha çox təmasda olur. Heyvanda hansısa cızıq olanda "qara yara"ya yoluxma ehtimalı daha tez olur. Ancaq heyvan peyvəndlənmiş olsa, ona bu virusu iynə ilə vursan da, qarayaraya yoluxmur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam