Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Hakimlərin səlahiyyət müddəti, təyinatı qaydaları dəyişdiriləcək

 

Azərbaycanda məhkəmə hakimlərinin səlahiyyət müddəti, təyinatı və həvəsləndirmə qaydalarında dəyişikliklər ediləcək.

 

"Xeberinfo.com"  Məlumata görə, bununla bağlı Milli Məclisdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanuna dəyişikliklər edilməsi nəzərdə tutulur.

 

Milli Məclisdən Trend-ə bildiriblər ki, qanunun 94-cu (Hakimlərin, məhkəmələrin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyalarının sədrlərinin təyin edilməsi) maddəsinin beşinci hissəsinə edilməsi nəzərdə tutulan dəyişikliyə görə, bundan sonra apelyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədrlərinin vəzifəyə təyinatı Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq birbaşa deyil, Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən həmin bəndə uyğun aparılacaq.

 

Qanunun 96-cı (Hakimlərin səlahiyyət müddəti) maddəsinə ediləcək dəyişikliyə görə isə hakim vəzifəsinə ilk dəfə təyin olunmaq üçün qoyulan 5 illik müddət 3 ilədək azaldılacaq. Bundan əlavə, qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməszə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri 65 yaşadək deyil, son yaş həddinədək uzadılacaq. Bununla əlaqədar qanunda səlahiyyət müddətinə qoyulan 70 yaşlıq limit də ləğv olunacaq.

 

Qanuna ediləcək əlavəyə görə, Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrin hakimləri üçün isə 66 yaş müəyyən ediləcək.

 

“Məhkəmələr və hakimlər haqqında” qanunun 110-cu (Hakimlərin həvələndirilməsi) maddəsi isə tamamilə yeni redaksiyada olacaq. Maddənin yenilənmiş variantına görə, hakimlər vəzifələrini nümunəvi yerinə yetirdikdə, uzun müddət və qüsursuz işlədikdə, habelə öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdikdə Məhkəmə-Hüquq Şurası onlar barəsində qiymətli hədiyyə ilə mükafatlandırmaq, fəxri fərman, fəxri döş nişanı ilə təltif etmək, hakimin təltif olunmasına dair Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif vermək kimi həvəsləndirmə tədbirləri görə biləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam