Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

“Sovetski”də sökülməyəcək tarixi binaların sayı açıqlandı

 

Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev "Sovetski" kimi adlanan ərazidə tarixi abidələrin sökülüb-sökülməyəcəyi məsələsinə aydınlıq gətirib. 

"Xeberinfo.com":  Məlumata görə, bu haqda Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Sovetski" kimi adlanan ərazidə 118 tarixi abidə var. Həmin binaların arasında bəziləri yerli əhəmiyyətlidir: "Bu binalar bu gün müasir baxışdan çox da tarixi və ya memarlıq əhəmiyyəti daşımır. Elə binalar var ki, onların da əhəmiyyəti o qədər çox deyil. Amma onların üzərində xüsusi memarlıq bəzəkləri var. Həmin binalar da məhz o bəzəklərə görə bu siyahıya salınıb".

Ә.Qarayev deyib ki, bu ərazidə Cəlil Məmmədqulizadə, Abdulla Şaiqin ev muzeyi var.
Həmin muzeylərin sökülməyəcəyini deyən nazir əlavə edib ki, bu binalar muzey olduqları üçün sökülməyəcək: "Ola bilər ki, onlar tarixi abidə kimi o qədər əhəmiyyətli deyil. Amma muzey olduqları üçün onlar yerində qalacaq".

Ә.Qarayev deyib ki, əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən binalardan təxminən 30-a yaxını sökülməyəcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam