Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

20 YANVARla bağlı tədbir keçirilmişdir- Nərimanovda (fotolar)

  

Nərimanov rayonunda 20 Yanvar faciəsinin iyirmi doqquzuncu il dönümü ilə əlaqədar rayon tədbiri keçirilmişdir.

Yenixeber.org: 20 yanval şəhid ailələrinin və 20 Yanvar əlillərinin iştirakı ilə keçirilən tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova çıxış etmişdirlər. İradə Mahmudova bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələrə siyasi-hüquqi qiymət verilməsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “20 yanvar faciəsinin dördüncü il dönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında göstərildiyi bildirilmişdir.

Tədbirdə çıxış edən 20 Yanvar Cəmiyyəti sədrinin müavini Mustafa Əliyev o dəhşətli gecə ilə bağlı öz xatirələrini danışmışdır.

20 Yanvar şəhid ailələri adından çıxış edən Müxəstə Həsənova Azərbaycan xalqının qəhrəmanlığından danışaraq Dövlətin şəhid ailələrinə və əllilərə göstərdiyi qayğıya görə cəmiyyət üzvləri adından öz minnətdarlığını bildirmişdir.

Tədbir zamanı məktəblilərin hazırladığı kompozisiya nümayiş etdirilmiş, “Azərbaycan əsgəri”, “Vətən sənin şəhidlərin” mahnıları, qəhrəmanlıq haqqında şeirlər səslənmişdir.

Sonda 20 Yanvar şəhid ailələrinə və əlillərinə yardım göstərilmişdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam