Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İlham Əliyevdən məcburi köçkünlərlə bağlıFƏRMAN

Yenixeber.org: Prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 984-IIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli 313 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Unikal.org xəbər verir ki, fərmanda aşağıdakı dəyişikliklər edilib:

1. Həmin Fərmanla təsdiq edilmiş "Yol sənədinin təsviri” üzrə:

1.1. ikinci abzasda "bütün” sözü "cildindəki və” sözləri ilə əvəz edilsin;

1.2. üçüncü abzasda "1-ci səhifəsi” sözləri "üz qabığı” sözləri ilə, "qara” sözü "qızılı” sözü ilə əvəz edilsin və həmin abzasa "Dövlət gerbinin” sözlərindən sonra "qızılı” sözü əlavə edilsin;

1.3. dördüncü abzasda "2-ci səhifəsi” sözləri "üz qabığının iç tərəfi” sözləri ilə əvəz edilsin və həmin abzasdan "cildin rənginə uyğun” və "Yol sənədi sahibinin biometrik identifikasiya tələblərinə uyğun qaydada şifrələnmiş üz təsviri və əl-barmaq izi üzrə məlumatlar olan elektron informasiya daşıyıcısı yerləşdirilmiş və” sözləri çıxarılsın;

1.4. beşinci abzasın birinci cümləsində "3-cü səhifəsində” sözləri "arxa qabığının iç tərəfində” sözləri ilə əvəz edilsin;

1.5. altıncı abzasın birinci cümləsində "4-cü səhifəsi” sözləri "arxa qabığı” sözləri ilə əvəz edilsin və həmin abzasa aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Yol sənədi sahibinin üz təsviri və əl-barmaq izi üzrə məlumatlar olan antenli mikroçip formalı elektron informasiya daşıyıcısı biometrik identifikasiya tələblərinə uyğun qaydada şifrlənərək, cildin arxa qabığı ilə iç tərəfinin arasına yuxarı hissədə yerləşdirilmişdir (yapışdırılmışdır).”;

1.6. səkkizinci abzasın dördüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

"1-4-cü səhifələrdən başqa bütün digər cütrəqəmli səhifələrin yuxarı sağ küncündə, təkrəqəmli səhifələrin isə yuxarı sol küncündə lazer perforasiyası üsulu ilə Yol sənədinin seriyası (YS) və yeddirəqəmli nömrəsi yazılmışdır.”.

2. Həmin Fərmanla təsdiq edilmiş "Yol sənədinin spesifikasiyası” üzrə:

2.1. birinci abzasda:

2.1.1. birinci cümlədə "üz qabığının” sözləri "cildinin” sözü ilə, "0,96” rəqəmləri "0,8-1” rəqəmləri ilə əvəz edilsin;

2.1.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

"Yol sənədinin hazırlandığı kağızın tərkibinin əlli faizi kağızdan, əlli faizi pambıq sellülozdan ibarətdir, kağızın çapında ofset, qabarıq və dərin (çoxçalarlı intaqlio) çap üsullarından istifadə olunur.”;

2.2 üçüncü abzasın birinci-üçüncü cümlələri müvafiq olaraq ikinci-dördüncü cümlələr hesab olunsun və həmin abzasa aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

"Yol sənədinin səthi hamardır.”;

2.3. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

"Yol sənədinin şəxsi məlumatlar olan 3-cü səhifəsində Azərbaycan Respublikasının Dövlət gerbinin çapı üçün optik dəyişən mürəkkəbdən istifadə edilir.

Yol sənədinin bir sıra elementləri infraqırmızı optik mürəkkəblə təsvir olunur və qoruyucu əlamətlər Yol sənədinin səhifələrində proporsional şəkildə yerləşdirilir.”;

2.4. beşinci abzasda "0,65” rəqəmləri "0,10-0,15” rəqəmləri ilə əvəz edilsin;

2.5. doqquzuncu abzas aşağıdakı redaksiyada verilsin:

"Biometrik identifikasiya tələblərinə uyğun qaydada şifrlənərək, Yol sənədinin cildinin arxa qabığı ilə iç tərəfinin arasında yerləşdirilmiş (yapışdırılmış), sənəd sahibinin üz təsviri, əl-barmaq izi üzrə məlumatlar olan antenli mikroçip formalı elektron informasiya daşıyıcısının yaddaşı ən azı 80 kilobayt olmalıdır.”;

2.6. on ikinci abzasda "MTCO” abreviaturası "MTCOS” abreviaturası ilə, "İSO CC EAL 5+” abreviaturası "CC EAL 5+” abreviaturası ilə əvəz edilsin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam