Yenixeber.org: Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib. O bildirib ki, yeddi ayda Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyərinin 747 milyon manat təşkil etdiyini deyən departament rəhbəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yeddi ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyərinin 144 milyon manat və ya 24 faiz artdığını qeyd edib.