Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Milli Arxiv İdarəsinin yeni rəisi kimdir? - DOSYE

 

Milli Arxiv İdarəsinin yeni rəisi kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Milli Arxiv İdarəsinə yeni rəis təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Əsgər Adil oğlu Rəsulov Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi təyin edilib.
Yenixeber.org: Əsgər Adil oğlu Rəsulov 1954-cü il martın 3-də Naxçıvan şəhərində anadan olub. O, 1960-1970-ci illərdə Naxçıvan şəhərində Əkbər Ağayev adına 1 nömrəli orta internat məktəbdə oxuyub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olub və 1971-1976-cı illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1980-ci ildən BDU-da çalışır. Filologiya üzrə elmlər doktoru, professordur.

Əsgər Rəsulov universiteti bitirdikdən sonra dörd il SSRİ Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə Türkiyə Cümhuriyyətində tərcüməçi işləyib.1980-ci ildən bu günə qədər BDU-də baş laborant, müəllim (1981), baş müəllim (1985), dosent (1987) və professor (2007) kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir.

O, 1989-1992-ci illərdə SSRİ-nin Ankaradakı səfirliyində mütərcim-referent vəzifəsində işləyib. Əsgər Rəsulov 1983-cü ildə “Türk ədəbiyyatında oçerk janrı” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2005-ci ildə isə Türk ədəbiyyatında bədii-publisistik janrların yaranması və inkişaf yolları” mövzusunda filologiya üzrə elmlər doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

2012-ci ilin noyabrında Prezidentin sərəncamı ilə Milli Arxiv İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Əsgər Adil oğlu Rəsulov respublikamızda ilk dəfə 1989-cu ildə nəşr olunmuş və bu günə qədər hər dəfə yenidən işlənib təkmilləşdirilərək müxtəlif illərdə dörd dəfə nəşr edilən ilk “Türk dili” dərsliyinin (prof. R.Rüsəmovla birgə), eləcə də” Türk sənədli-bədii nəsri”, “Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili”, “Türkcə-rusca-azərbaycanca dilçilik terminləri lüğəti”, “Dilmanc” kimi 10-a yaxın kitabın, 15 fənn proqramının, Azərbaycanda və xaricdə nəşr edilmiş 100-dən artıq elmi və ədəbi-tənqidi məqalənin müəllifidir. O, 20-yə yaxın kitabın ixtisas və tərcümə redaktoru olub. Bir çox beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam