Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AĞSU XƏSTƏXANASINDA YENİ DOĞULAN KÖRPƏ GİROV GÖTÜRÜLDÜ - 150 MANAT RÜŞVƏT TƏLƏBİ İLƏ(eksklyüziv)

 Yenixeber.org: Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə reallaşdırılan siyasətin prioritetləridir. Səhiyyə müəssisələrinin təmir və bərpası, modern avadanlıqlarla, həmçinin vətəndaşların dərman vasitələri və preparatlarla təchiz edilməsi, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların əsasını təşkil edir. Regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb ki, on lardan biri də 160 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanasıdır.
 


İki il əvvəl açılışında prezident İlham Əliyevin iştirak etdiyi Ağsu Rayon Mərkəzi Xəstəxanası 3 hektardan çox ərazidə inşa olunub. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, patoloji-anatomiya, poliklinika şöbələri fəaliyyət göstərir. Bundan əlavə, şüa-diaqnostika, hemodializ və laboratoriya şöbələri tibbin son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Müəssisənin açılış mərasimində Prezident İlham Əliyev xəstəxananın baş həkimi Şəhrəbanı Məlikovaya və kollektiv üzvlərinə yaradılan bu şəraitdən istifadə edərək vətəndaşlara yaxşı xidmət göstərməyi tapşırdı. Amma...
 Bu günlərdə redaksiyamıza daxil olan məlumata görə, 08.09.2018-ci il tarixdə Ağsu RMX-da utancverici hadisə baş verib. Ağsu sakini Əliyeva Sevda Səyyar qızının dünyaya gətirdiyi körpəni 150 manata görə girov saxlayıblar və tələb olunan rüşvət çatdırılmayınca anası ilə evə buraxılmayacağını bildiriblər. Xəbəri verən mənbə həmçinin bildirmişdir ki, xəstəxananın doğum şöbəsində Xalidə xanım pensiyaya çıxandan sonra qeyri-qanuni olaraq yenidən qayıdaraq uşaq həkimi işəyir. Tamahının dərəcəsinə bax ki, ona nə pensiyası, nə maaşı bəs eləmir, hələ  rüşvət də tələb edir.
Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.
Zaur Veliyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam