Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

5 ayda bahalaşan və ucuzlaşan məhsullar -SİYAHI

5 ayda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz bahalaşıb.
Yenixeber.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz artıb.

Bu ilin may ayında aprel ayına nisbətən ərzaq məhsullarının qiymətləri 1,3 faiz azalıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,6 faiz artıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri mayda əvvəlki ayla müqayisədə sabit qalıb.

Ötən ay ərzində un, manna və qarabaşaq yarması, makaron məmulatları, mal və qoyun əti, yumurta, marqarin və qarğıdalı yağları, banan, çiyələk, pomidor, xiyar, sarımsaq, soğan, kartof, şəkər və şəkər tozu və şokolad məmulatlarının qiymətlərində azalma, toyuq əti, zeytun və kərə yağları, alma, yerkökü, göyərti, qəhvə və çayın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

May ayında aprel ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltar və ayaqqabıların təmiri, mənzillərin icarə haqqı, stomatoloji xidmətlər, avtomobillərin təmiri, dəmiryol nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidməti, respublika daxilində istirahət turları və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiymətlərində artım, dəmiryol nəqliyyatı ilə respublika daxilində sərnişindaşıma xidməti, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidməti və respublikadan kənara istirahət turlarının qiymətlərində isə azalma müşahidə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam