Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ölüm vaxtı genlərə görə müəyyən olunacaq

Ölüm vaxtı genlərə görə müəyyən olunacaq

 

 

Portuqaliyanın Portu Universitetinin genetiki Pedro Fereyranın rəhbərlik etdiyi qrup ölümdən 24 saat sonra hüceyrələr üzrə yayılan genlərin aktivliyinin dəyişikliklərini tədqiq edib. Əslində, hətta beyində elektrik aktivliyi tam dayanandan sonra bədən toxumaları dərhal məhv olmur. Balıqlar üzərində aparılan eksperimentlərdən məlum olub ki, bəzi genlər ölümdən sonra bir neçə gün ərzində aktivliyini qoruyur

 

Yenixeber.org: Mütəxəssislər tərəfindən dezoksiribonuklein turşusunun (DNT) aktiv genləri əsasında sintez edilən və zülalların sintezi üçün matrisa rolunu oynayan ribonuklein turşusu (RNT) molekullarının analizi aparılıb. Bəzi hüceyrələrdə bu proseslər orqanizm öləndən sonra uzun müddət - biokimyəvi reaksiyalar üçün bütün mümkün enerji və ya substrat ehtiyatları tükənənədək davam edə bilər.

Məlumata görə, bu aktivliyi alimlər ölümdən 29 saat sonrayadək 500 donordan alınan 36 müxtəlif hüceyrə nümunəsi üzərində tədqiq ediblər. Məlum olub ki "post mortem" genlərinin fəaliyyəti fərqlənir, lakin kompüter analizi öyrənilməsi ölüm vaxtını dəqiqliklə müəyyənləşdirməyə imkan verəcək 4 toxuma tipini (dərialtı piy, ağciyər hüceyrələri, qalxanvarı vəzi və günəş işığına açıq dəri sahələri) seçməyə imkan verib.

P.Fereyra və onun həmkarları tərəfindən ekspertiza üçün istifadə edərək 4 toxumanın tədqiqini aparmaqla ölüm vaxtını nəzəri baxımdan 9 dəqiqəyə dəqiqliklə müəyyənləşdirməyə imkan verən alqoritm hazırlanıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam