Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

BSU nümayəndəsibeynəlxalq konfransda çıxış etmişdir

BSU nümayəndəsi

 

BSU nümayəndəsi beynəlxalq konfransda çıxış etmişdir

 

Yenixeber.org: Bakı Slavyan Universitetinin təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, p.ü.f.d, dosent Yaşar Alxasov Moskva şəhərində Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası (MAPRIAL) ilə birqə təşkil etdikləri “Bilinqvizimdən translinqvizmə doğru: lehinə və əleyhinə” adlı Beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir. Konfransa – Azərbaycan, Çin, ABŞ, İspaniya, İtaliya, Bolqarstan, Belarus, Slovakiya, Sloveniya, Qazaxıstan, Qırğıstan, Özbəkistan, Moldova, Gürcüstan, Kipr, İran və s. ölkələr daxil olmaqla 20-dən çox dövlətin aparıcı ali təhsil müəssisələri və elmi mərkəzlərinin təmsilçiləri qatılmışlar. BSU-nun nümayəndəsi plenar və bölmə iclaslarında çıxış edərək, Bakı Slavyan Universiteti (BSU) haqqında geniş məlumat vermiş, universitetin rəhbərliyi adından Təşkilat komitəsinin sədri, RXDU-nun Əlavə təhsil üzrə prorektoru xanım Anjela Doljikovaya hədiyyə təqdim etmişdir. Yeri gəlmişkən, Y.Alxasovun Azərbaycan Respublikasında bilinqivizmin formalaşması problemlərinə dair məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşlanmışdır.

Plenar iclasdan sonra Y. Alxasov RXDU-nun prorektoru xanım Anjela Doljikova ilə təkbətək görüşmüş və BSU-nun bazasında region mütəxəssisləri üçün müxtəlif dil və stajkeçmə kurslarının təşkilinə dair layihələrin reallaşması barədə razılığa gəlmişlər.

Qeyd edək ki, dünya üzrə nüfuzlu ali məktəblərin ilk 50-liyinə daxil olan bu Rusiya Xalqlar Dostluğu Universiteti 5 fevral 1960-cı ildə təsis edilmişdir. Universitetdə hazırda 152 ölkədən 27 min tələbə təhsil alır. Xatırladaq ki, universitetə dünya şöhrətli alim, riyaziyyat sahəsində akademik, 1999-2004-cü illərdə Rusiyanın təhsil naziri olmuş, hazırda Rüsiya Federasiyası Ali Attestasiya Komissiyasının sədri Vladimir Mixayloviç Filippov rəhbərlik edir.

BSU-nun Mətbuat Xidməti

 

BSU nümayəndəsi
BSU nümayəndəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam