Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Havanın temperaturu aşağı düşəcək– XƏBƏRDARLIQ

Havanın temperaturu aşağı düşəcək

 

Bakıda və Abşeron yarımadasında dekabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, gündüz arabir  güclənəcək

 

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 5-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi  yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. Dekabrın 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq dekabrın 8-i gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu dekabrın 7-də 4-6 dərəcə aşağı enəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam