Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Xərçəng hüceyrələrini məhv edən qida

Xərçəng hüceyrələrini məhv edən qida

 

Dünyanın ən böyük dərman şirkətlərindən birinin araşdırmasına görə, 1970-ci ildən etibarən aparılan laboratoriya testləri limondan istifadənin 12 xərçəng növünə faydalı olduğunu təsbit edib. Biz mətbəxdə daha çox limonun suyundan istifadə edirik. Lakin limon qabığının xərçəngdən qorunmada xüsusilə təsirli olduğunu bilmək də vacibdir

 

Yenixeber.org: Dondurulmuş limonun inanılmaz faydaları barədə məlumat verir.

Dondurulmuş və doğranmış limon xərçəng hüceyrələrini öldürür. Xərçəng xəstələrinə tətbiq olunan kimya terapiya zamanı daha təsirli olduğu bildirilir.

 

Rəndələnmiş limonda onun suyundan 5-10 dəfə daha çox vitamin var.

Dondurulmuş limon sayəsində limon qabığını heç vaxt atmayacaqsınız və limondakı bütün vitaminlərdən faydalanacaqsınız.

Dondurulmuş limon vücudda toksinləri təmizləyir və bədəni cavanlaşdıran təsir göstərir. Stress və sinir pozğunluğuna qarşı mübarizə aparır.

Dondurulmuş limon sidik qaçırma, kista və şişlərə qarşı müalicəvi və profilaktik təsir göstərir.

Həmçinin parazit və bağırsaq qurdlarına qarşı müalicədə istifadə edilir. O, orqanizmdə yaranan iltihaba, infeksiyaya və göbələyin yaranmasına qarşı müalicələrdə faydalı təsir göstərir.

Dondurulmuş limonun hazırlanması:

İlk növbədə limon yuyun. Sonra soyuducunun buzluq hissəsinə qoyun və bir gün gözləyin. 1 gün sonra donmuş limonu götürün, qabığı ilə birlikdə rəndələyin. Rəndələnmiş limonu yeməklərinizin üzərinə səpə bilər, tərəvəz salatına, dondurmaya, şorbaya, makarona, makaron sousuna, suşiyə, balıq yeməklərinə qata bilərsiniz.Limon yeməklərinizə və salatlara çox fərqli bir ətir verəcək, eyni zamanda, çox faydalı olacaq.

Limon möcüzəsi xərçəng hüceyrələrini məhv edir və heç bir şəkildə sağlam hüceyrələrə zərər vermir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam