Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hesabında ən az 110 manat toplanmayan şəxslər əmək pensiyası almayacaq...Nazirdən açıqlama

Hesabında ən az 110 manat toplanmayan şəxslər əmək pensiyası almayacaq...

 

Azərbaycanda yaşa görə müavinət alan şəxslərin sayının artmasının səbəbləri açıqlanıb

 

 

Yenixeber.org: Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. 

Nazir deyib ki, sığorta prinsiplərinə keçidin təminatı ilə bağlı olaraq, hesabında ən az 110 manat, yəni pensiyanın formalaşmasına imkan verən qədər vəsait toplanmayan şəxslərin əmək pensiyası almaq hüququ olmayacaq. 

“Praktika göstərir ki, bu, yaşı gəlib çatmış şəxslərin pensiya almaq hüquqlarını müəyyən qədər azaldır. Çünki işləmək, əməkhaqqını leqallaşdırmaq və sosial sığorta haqları ödəmək lazımdır ki, bu vəsait hər kəsin hesabında toplansın, onun pensiya almasına imkan yaratsın. Bu imkanlar yoxdursa, həmin şəxs pensiya ala bilmir. Onlar yaşa görə sosial müavinət almaq məcburiyyətindədir. Buna görə də bu insanların sayı müəyyən qədər artır”, - deyə nazir vurğulayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam