Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Təhsil haqqını dollarla tələb edən iki ali məktəbin rəhbərliyinə ciddi irad tutulub

tehsil nazirliyi“Azərbaycanda baş verən sonuncu devalvasiya heç bir dövlət ali təhsil müəssisələrinə təsir etməyib. Çünki təhsil haqqı ilə bağlı elan veriləndə hər yerdə manatla ödənişin etmək lazım olduğu bildirilir. Yəni, heç bir təhsil müəssisəsində xarici valyuta ilə təhsil haqqının ödənilməsi məsələsi qeydə alınmayıb. Lakin iki özəl ali təhsil müəssisəsində bu problem yaşanıb. Problemin aradan qaldırılması üçün də lazımi addım atılıb”.

Xeberinfo.com:   “Report”un məlumatına görə, bunu Təhsil Nazirliyi elm və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Nərgiz Qaraxanova media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

O bildirib ki, tələbə müqaviləni imzalayanda ödəniş məsələsinə xüsusi diqqət etməlidir: “Bu məsələdə ali məktəbin də günahı var. Müqavilədə əgər ödəniş dollarla göstərilibsə, niyə ona qol çəkilməlidir? Hər iki ali məktəbin rəhbərliyinə bu barədə ciddi irad tutulub. Bildirilib ki, elanda təhsil haqqında nə göstərilibsə, qəbul planı təsdiq olunubsa, ödəniş də o pulla aparılmalıdır. Yəni, həmin ödəniş məbləğindən nə artıq, nə də əskik ödəniş qəbul olunmalıdır. Tələbə də məhz həmin məbləği ödəməlidir. Yekunda isə hər iki fakt tələbənin xeyrinə həll olunub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam