Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Sabiq nazirin rektor təyin etdirdiyi şəxs kimdir?

ATU-nun rəhbəri Akif Süleymanov sabiq nazirin sayəsində bu posta sahiblənib, keçmiş RTYN şefinə yardımlar isə indi də davam edir

Xeberinfo.com:   Azərbaycan Texnologiya Universitetində (ATU) qanunsuzluqlarla bağlı artıq çeşidli məlumatlar yayılıb. Bir müddət əvvəl bu təhsil ocağında aparılan maliyyə yoxlamaları zamanı 2 milyon manatlıq yeyinti faktının üzə çıxdığı rəsmi dairələr tərəfindən də təsdiqlənmişdi. Həmin vaxt rektor Akif Süleymanovun Gəncədən qaçdığı və ölkəni tərk etmək istədiyi vurğulanırdı. Lakin rektor müəmmalı şəkildə yenə postunda qalmağa nail oldu. 

JAM.AZ xəbər verir ki, bu yaxınlarda Akif Süleymanovun ATU-nu ailə podratına çevirdiyinə dair də məlumat yayılmışdı. Politika.az saytının yazdığına görə, rektor universitetdəki bütün işləri oğlu və köməkçisinə həvalə edib. Həmin məlumatda vurğulanırdı ki, Süleymanovun oğlu və köməkçisi müəllim və dekanlara göstəriş verir, imtahanların qiymətlərini müəyyənləşdirir, pulları yığır və digər işlərə qatılırlar. Hətta ATU-da durum o qədər eybəcər şəkil alıb ki, müəllim və dekanlar kimin tapşırığını yerinə yetirəcəklərini bilmirlər. 

Bu əsnada JAM.AZ Akif Süleymanovun karyerası ilə bağlı maraqlı məlumat əldə edib. Həmin məlumatda vurğulanır ki, bir zamanlar Azərbaycan Texniki Universitetdə kafedra müdiri olan sözügedən şəxsin rektor təyinatı almasında sabiq nazirlərdən birinin xüsusi rolu olub. Qeyd edilir ki, kafedra müdiri olan Akif Süleymanovun «ulduzu»nu «parladan» fiqur isə sabiq Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov olub. 

Əli Abbasovla tələbə yoldaşı olan rektor sonradan bu vəzifəyə məhz onun sayəsində gələ bilib. JAM.AZ-a verilən məlumata görə, şəxsən sabiq nazir onun ATU-ya rektor təyin edilməsi üçün hakimiyyətin üst eşalonuna xahişə gedib. 

Məlumatlarda vurğulanır ki, Akif Süleymanov hal hazırda da Əli Abbasova yardımlar edir, ona müəyyən köməkliklər göstərir. Düzdür, bunu dolayı yollarla həyata keçirir ki, kimsə bilməsin. Hətta onun ailə üzvlərinin bəzi maddi təminatlarını da davamlı olaraq yerinə gətirən rektor, bunun üçün yaxın adamlarından birini görəvləndirib. 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam