Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Alı Alıyev daha bir müşavirə keçirdi - FOTOLAR

 

 

 Füzuli rayon İcra Hakimiyyətində rayonda kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, həyatyani torpaq sahələrindən səmərəli istifadə edilməsinə həsr olunan müşavirə keçirilmişdir.

Xeberinfo.com:  Müşavirədə rayon İcra Hakimiyyəti başçısı Aparatınını işçiləri, idarə, müəssisə təşkilatlar, ərazidəki icra nümayəndələri, bələdiyyələr iştirak etmişdir.

 

Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, Prezident cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdan irəli gələn məsələlər, o cümlədən rayonda kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, həyatyani torpaq sahələrindən səmərəli istifadə edilməsi barədə tapşırıqlarını xatırlatmışdır. Bildirmişdir ki, aqrar rayon olan Füzulidə kənd  təsərrüfatının inkişaf etdirilməsi, idxaldan asılılığın azaldılması, əhalinin həyatyani və pay torpaqlarından istifadəsi ilə bağlı konkret işlərə başlanılmış, hazırda bu sahədə işlər davam etməkdədir.

Alı Alıyev qeyd etmişdir ki, ölkə başçısının tapşırığına əsasən rayonda xüsusi sənaye məhələsinin yaradılması nəzərdə tutulub, Beş Zobucuq qəsəbələrinin mərkəzində yeni müasir tələblərə cavab kənd təsərrüfatı məhsullarının satış mərkəzinin tikintisinə başlanılmış, ərazidə iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı işlərə start verilmişdir.

Bununla yanaşı biz fevral ayının əvvəllərindən başlayaraq ərazidə məskunlaşan əhalinin həyatyani torpaqlarından səmərəli istifadə etməsi ilə bağlı əhali arasında təbliğat işlərinə başlamışıq. Rayon İcra Hakimiyyətinin aidiyyəti qrumların, bələdiyyələrin, yerli icra nümayəndələrinin iştirakı ilə yerlərdə həyatyani və pay torpaqlarına baxış keçirilmiş, hər bir kənd sakini ilə görüşlər olmuş, əhali arasında maarifləndirmə, təbliğat işləri aparılaraq ərazidə yerli istehsalın inkişaf etdirilməsi, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması, idxaldan asılılığın azaldılması, həyətyani və pay torpaqlarından səmərəli istifadə olunması insanlara izah olunmuşdur. Aparılan işlərin nəticəsi olaraq bu gun ərazidə mövcud olan 12 minə yaxın həyatyani təsərrüfatların 90 % çoxunda əhalinin kənd təsərrüfatı ilə məşğul olmaları müəyyyən edilmişdir. Əhali həyatyani sahələrində əsasən bostan-tərəvəz məhsullarının yetişdirilməsi, meyvəçilik və heyvandarlıqla məşğul olur.   

Müşavirədə qeyd olunmuşdur ki, hazırda rayonda kartof əkini aparılıb, ərazidə bostan-tərəvəz bitkilərinin əkilməsi üçün yer müəyyənləşdirilib, hazırda bu istiqamətdə işlər davam etməkdədir. Rayon sakinləri də bu məsələdə həmrəylik nümayiş etdirirlər.

Qeyd olunub ki, əhali ilə aparılan izahat işləri, görülən tədbirlər onu deməyə əsas verir ki, bu il Füzuli rayonu özünü ekoloji təmiz, yerli istehsal olan kənd təsərrüfatı məhsulları ilə təmin edəcək və respublika bazarlarına müxtəlif növ kənd təsərrüfatı məhsulları çıxararaq ölkədə ərzaq bolluğunun yaradılmasına öz müsbət töhfələrini verəcəklər.

 

Müşavirəyə yekun vuran rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bir daha ölkə başçısının yerlərdə kənd təsərrüfatının inkişafı, əhalinin ekoloji təmiz ərzaq məhsulları ilə təmin olunması, idxaldan asılılığın azaldılması ilə bağlı tapşırıqlarını aidiyyəti qrumlara xatırladıb, ərazidə məskunlaşan əhalinin həyatyani və pay torpaqlarından səmərəli sitifadə etmələri ilə bağlı tapşırıq və tövsiyyələrini verib.












Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam