Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

Nəsimi rayonunda hansı məmur səkidə zirzəmi qazılaraq obyekt tikintisi üçün icazə verib? -FOTOLAR+VİDEO

Nəsimi rayonunda hansı məmur səkidə zirzəmi qazılaraq obyekt tikintisi üçün icazə verib? FOTO/VİDEO
Bakı şəhərinin Nəsimi rayonunda qanunsuz tikintilər davam edir.

Yenixeberorg.com: Paytaxtda qanunsuz tikintilərlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və aidiyyatı qurumların dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Bakı şəhərinin bir sıra rayonunun ərazisində gizli tikinti işləri aparılmaqdadır. Qanunsuz və əsasən də gizli aparılan tikinti işləri əsasən Bakının mərkəzi rayonlarından biri olan Nəsimi rayonunu əhatə edir. Nəsimi rayonu ərazisində aparılan qanunsuz tikintilər əsasən iaşə obyektlərini əhatə edir.
Belə ki, Nəsimi rayonu 3 mkr. dairəsi ərazisi Seyid Cəfər Pişəvari küçəsində piyada səkisi zəbt olunaraq qazıntı aparılır və obyektdə əlavə zirzəmi açılır.
Əldə etdiyimiz məlumata görə Nəsimi rayonunda aparılan qanunsuz tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan aparılır. Nəsimi rayon icra Hakimiyyətinin səlahiyyətli şəxsləri ilə anlaşan bəzi sahibkarlar yuxarıda qeyd edilən ünvanda qanunsuz tikinti işləri aparara yeni obyekt açırlar.
Məsələ ilə əlaqədar Nəsimi rayon icra Hakimiyyətindən və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən heç bir açıqlama almaq mümkün olmadı.(XALQ)
Aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq.



Həmin ərazidə əvvəlki görüntüsünü və hal-hazırda aparılan qanunsuz tikinti işlərinin videosunu təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam