Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

Yeni Günəşlinin bərbad yolları: AAYDA niyə tədbir görmür?-FOTO



Yaşadığı ərazinin bərbad vəziyyətdə olan yollarından şikayətçi olan Yeni Günəşli sakini buna görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini sərt sözlərlə tənqid edib. 


Yenixeberorg.com: Yeni Günəşli sakini Haldun Novruzzadə Feysbuk səhifəsində belə yazıb: “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi köhnə Cavanşir körpüsü, Ferrari mərkəzinin yanındakı yolu – heç bir zədə, aşınma olmayan tərtəmiz yolu asfaltlayır, bunun kimi 30-a yaxın yolu da asfaltlayır, amma Yeni Günəşli, Samir Cəfərov, V massivinin 1988-ci ildən qalmış bərbad vəziyyətdə olan əsas yollarını asfaltlamırlar.

Belə çıxır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yeni sədri Vüqar Nəsirli də Saleh Məmmədov kimi büdcədən pul yeməklə məşğuldur. Çünki təmirə ehtiyacı olmayan yolu təmir etmək pul yemək və korrupsiyadır.

Bizim, Yeni Günəşliyə ayrılan yolların haqqını yeyənin burnundan gəlsin o pul, o pulu gedib xaricdə dərmana xərcləsinlər”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmadı.(Bizimesr.az)

Qarşı tərəfi dinləməyə hazırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam