Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Həzz Dönər" evində antisanitariya: Çörəklər belə saxlanılır -FOTOFAKT

“Həzz Dönər" evində antisanitariya: Çörəklər belə saxlanılır - FOTO
Bakıda yerləşən dönər evlərindən birində gigiyena qaydalarının kobud şəkildə pozulması faktı müəyyən edilib.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, söhbət Tbilisi prospektində yerləşən “Həzz Dönər” evindən gedir.
Redaksiyamıza müraciət edən vətəndaşın göndərdiyi fotolardan aydın olur ki, müəssisədə çörəklər kondisionerin üzərində saxlanılır. Bu, sanitar normalara zidd davranış isə istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Məsələ ilə bağlı “Həzz Dönər”lə əlaqə saxladıq. Müəssisənin əməkdaşıbildirdi ki, çörəklər hər gün sübh tezdən, səhər saat 7-8 arası kondisionerin üzərinə qoyulur:
“1-2 saat-filan qalır, saat 9-da mən işə gəlib onları götürürəm. Salafanda olur, heç yerə dəymir. Amma yer tapıb qoyarıq. Orada olmaz bir də”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovbildirib ki, bu hal “soyuq zəncir” sisteminin pozulmasıdır:
“Qida xammalı istehsalçıdan istehsal müəəssisəsinə qədər soyuq zəncir üzrə hərəkətdə olmalıdır. Soyuq zəncir harda pozuldusa, o qida artıq çirklənmiş olur. Belə bir vəziyyətdə çörəyin saxlanılması soyuq zəncir sisteminin pozulmasıdır və xammaldan hazırlanan istənilən qida çikrlənmiş hesab edilir. Bu isə ciddi xəstəliklərə səbəb ola bilər”.
Bakupost.azBakupost.az
Lalə,BakuPost

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam