Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-VİDEO

media-sobss
Zöhrab, Cavid, Araz  Səbzəliyev  qardaşlarının “Sobsan” boya  fabrikindən daha bir qanunsuzluq.

Yenixeber.org: “Sobsan” boya fabriki ekologiyanı korlayıb, çirkli suları gölə axıdır.

Qeyd edək ki, Zöhrab, Cavid, Araz  Səbzəliyev qardaşlarına məxsus  olan  “Sobsan” boya Azərbaycanın ilk  boya fabrikidir.

media-cavi

Şirkətin təsisçisi Cavid Səbzəliyev həmçinin “Technol” markalı yağların istehsalçısıdır.

Şirkət  Qafqaz regionunun ən böyük boya və boya xammalı fabrikidir. Şirkətdə  500-dən çox işçi çalışır.
Əslində “Sobsan”  boya fabriki  qardaşların təsis etdiyi “Rəmzi-S” MMC-yə məxsusdur.
Bu fabriklə bağlı  daxil olan şikayətlərə baxanda adam dəhşətə gəlir. Bu qədər şikayətmi olar ?
Bu fabrik boya istehsalı zamanı yaranan və  ətraf mühit üçün  ziyanlı olan  xeyli kimyəvi maddələri  su hövzələrinə axıdır.
Adama deyərlər ki, ermənilər işğal olunmuş ərazilərimizdə  çaylarımızı, su hövzələrimizi zəhərləyirdi.
Onlarla sizin hərəkətlərinizdə nə fərqiniz, cənab Səbzəliyev qardaşları..?
Milyonları qazanırsınız və ölkənin ekologiyasını zəhərləyirsiniz.

Onu da əlavə edək ki, “Sobsan” boya fabrikinin sahibləri olan  Səbzəliyev qardaşları  o qədər varlanıblar ki, artıq mühüm vəzifələrə qohum-əqrəbalarını yerləşdirirlər.
Məsələn, sabiq səhiyyə naziri  Oqtay Şirəliyevlə qohum olan qardaşlar öz əmisi qızları  Gülnaz Dadaşovanı  Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin etdiriblər.
Təsəvvür edirsiniz,  bu gənc xanım direktor olan kimi səhiyyə ocağını sanki bazara çevirib.

Bir sözlə,  “Sobsan”  boya  cəmiyyətimizi öz istədiyi rəngə boyaya-boyaya gedir.(ekologiya.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam