Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Leyla Əliyevanın əkdiyi zeytun ağaclarını hansı nazir müavininin atları yeyir? -VİDEO

Leyla Əliyevanın əkdiyi zeytun ağaclarını hansı nazir müavininin atları yeyir? VİDEO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hər il yaz fəsli başlayandan Xocasən qəsəbəsi ərazisində Abşeron yarımadasının iqliminə uyğun minlərlə Eldar şamı, zeytun, küknar, badam ağacları əkdirir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü, İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın yaxından dəstəyi ilə Xocasən gölü ətrafında “yaşıl koridor” yaradılması üçün həyata keçirilən tədbirlərə ictimaiyyət nümayəndələri, dövlət və özəl təşkilatlar, təbiətsevərlər qoşulurlar.

Yenixeber.org: Ümumiyyətlə, mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağacların əkilməsi planlaşdırılır ki, bu xüsusda yamaclarda terraslar hazırlanacaq, ağacların ətrafı təbii sutoplayıcı formaya salınacaq və yağış sularının ağaclara yönləndirilməsi mümkün olacaq. Bununla torpaq eroziyasının qarşısı alınacaq, torpağın hava, su keçiriciliyi və münbitliyi artacaq, nəticədə daha yüksək bitiş faizi əldə ediləcək, eləcə də həmin sahədə suvarma suyuna qənaət edilmiş olacaq.
Lakin təbiətsevərlər saydığını saysın, nazir müavinləri, yüksək çinli məmurlar da öz saydıqlarını. Xocasəndəki bir neçə hektar ərazidə salınan zeytun bağı yaxınlıqda qurulmuş atçılıq təsərrüfatına qurban verilir. Atlar sərbəstcə bağa girib zeytun ağaclarını yeyib-dağıdırlar. Təxminən bir ay əvvəl bu acınacaqlı vəziyyəti əks etdirən video-görüntüləri ETSN İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İradə xanım İbrahimovaya göndərmişdik. Bir müddət sonra İ.İbrahimova artıq atların çıxarıldığını bildirərək, yalnız zeytunluğun şəkillərini bizə cavab kimi göndərmişdi.
Öz növbəmizdə araşdırmamızı davam etdirərək, ETSN-nin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin xidməti ərazisində olan zeytunluğa cavabdeh olan ASC-nin əlaqə saxlayıb nəzarətsizliyin səbəbini soruşduq. Çünki ay ərzində ikinci dəfə idi ki, eyni halı müşahidə etmişdik. Cavab verdi ki, atçılıq ferması nazir müavinlərindən birinindir, bu işin “başını buraxmağımız” məsləhətdir. Adını çəkdiyimiz İradə İbrahimovanı isə heç saya almadı, dedi ki, onun tanıdığı mətbuat xidmətinin rəhbəri başqa adamdır. Başa düşdük ki, rəsmən bağa baxmaqla vəzifələndirilsə də, əslində işi bağbanlıq deyil, at otarmaqdır. Muğayat olması lazım – quyruğunu kəsməsinlər.
Belə-belə işlər!.. Atları hələlik qovub, zeytun ağaclarının şəkillərini çəkəndən sonra yenidən qaytarıblar. Bu problemin ən dürüst həlli fermanı bağdan uzaq salmaqdır.(nyus.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam