Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–PREZİDENTƏ MÜRACİƏT/FOTOLAR


 

Yenixeber.org: Redaksiyamıza Bakı şəhəri Yasamal rayonu, Azad Mirzəyev küçəsi ev 241 ünvanında yaşayan binanın bir qrup sakini tərəfindən başda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev olmaqla, bir sıra yüksək instansiyaya ünvanlanmış müraciət daxil olub. Müraciətdə “Blak lounge” adlı restoranın metal konstruksiyalı qanunsuz teras quraşdırmasından və yaşayış üçün ciddi problemlər yaratmasından bəhs edilir.

Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlərlə dərc edirik:

 

Bildiririk ki, Bakı şəhəri Yasamal rayonu, Azad Mirzəyev küçəsi ev 241 ünvanında yaşayırıq. Yaşadığımız binanın zirzəmisində “Blak lounge” adlı iaşə obyekti fəaliyyət götərir. “Blak lounge” adlı iaşə obyektinin sahibi binanın qarşısını qanunsuz olaraq zəbt edib və orada metal konstruksiyalı qanunsuz teras qurdurmuşdur. Bundan əlavə teras  propan  balonları ilə qızdırılır və bina sakinlərinin həyatı üçün ciddi təhlükə yaradır. “Blak lounge” adlı iaşə obyekti açılan gündən bina sakinlərinin həyatı əsl cəhənnəmə çevrilmişdir. Belə ki, “Blak lounge” adlı iaşə obyekti gecə-gündüz 24/7 fəaliyyət göstərir, yüksək səsli musiqinin səsindən yatmaq olmur, avaraların yeyib-içdikdən sonrakı mübahisəsinin səs-küyündən narahatçılıq keçiririk. “Blak lounge” adlı iaşə obyekti bütün binanı təhlükə mənbəyinə çevirmişdir. Əgər binaya baxış keçirilərsə binanın giriş-çıxış bloklarının ətrafının 15-20–yə yaxın kondisinerlərlə və 10-a yaxın labirin formalı natamam tüstü bacalarının bəzədiyinin  şahidi olarsız. Əlavə olaraq iaşə obyektinin tüstü motorları səhərə qədər işləyir və natamam, həyat üçün təhlükəli izolasiya olunmayan elektrik naqilləri ətrafı bürümüşdür. Sizdən qeyd olunan binaya baxış keçirilməsinə, “Blak lounge” adlı iaşə obyektinin sahibi barəsində tədbir görülməsinə, binanın qarşısını qanunsuz qurulmuş metal konstruksiyalı qanunsuz terasın, tüstü motorlarının, propan qazlarının və tüstü bacalarının sökülməsi üçün gıstəriş verməyinizi xahiş edirik.               

        ***

Biz Yenixeber.org olaraq səslənən iddialarla bağlı qarşı tərəfi də, dinləmək istədik. Restoranın administratoru Əmrah Ələkbərli bizimlə telefon söhbətində iddiaları əsassız adlandırdı: Artıq teras qurğular yoxdur, sökülüb. Propan balonlarla qızdırma da dayandırılıb, bizdə canlı musiqi ümumiyyətlə olmur. Salondaxili musiqi də saat 1200-dan dayanır. Havalandırma sistemi də yaxın vaxtlarda yenilənəcək, Almaniyadan mütəxəssis dəvət etmişik və yeni qurğular da gətirəcəyik.

O ki, qaldı biz bina sakinləri üçün “Parkovka” təşkil etmişik, zibilləri təmizləmək üçün bir nəfər ayırmışıq. 30% “Qonşular” endirimlərimiz də var. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam