Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

“Xalqbank” müştəriləri belə aldadır -FOTOFAKT



Sözügedən bank, kampaniya çərçivəsində, 31 oktyabra qədər “Xalqkart” plastik kartlarının pulsuz təqdim ediləcəyini, sosial şəbəkə hesablarından elan etmiş, lakin dediyini etməmişdir.
Yenixeber.org: Belə ki, oktyabrın 31-i tarixində linkə daxil olaraq, müvafiq blankları doldurub, sifarişi təsdiqləməyə çalışanlar, kartın ÖDƏNİŞLİ (!) olduğunu görmüşlər!

Başqa sözlə, qosqoca bank, vədinə sadiq qalmamış, kampaniyanı vaxtından tez bitirmiş və hətta, bununla bağlı rəsmi açıqlama belə, verməyə ehtiyac duymamışdır!

Sifarişi ləğv olunan və etiraz edən müştərilərə isə bank, “limit bitibdir”, "qərar belədir" deyə absurd "izahlar" vermişdir.
Bu isə, aşkar şəkildə müştəri və vətəndaş haqlarının pozulması, bankın  saxtakarlıq etməsi anlamına gəlir. Çünki, bu, ən azından, sifariş prosesinə və blankın doldurulmasına dəqiqlərcə vaxt və enerji ayıran insanlara hörmətsizlikdir! 

Üstəlik də, sanki elə belə də olmalıymış davranan sözügedən bank qurumunun, etibar və məsuliyyət şkalasını da müəyyən edən bir barometrdir.

P.S. Qeyd edək ki, Mərkəzi Bank, hələki bu anormallığa reaksiya bildirməyib. Görünür ki, ya bankları yetərincə izləmirlər, ya da çoxlu sayda müştərinin durub təzədən vaxt ayırıb, şikayət ərizəsi yazmalarını gözləyirlər!

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam