Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

 ƏƏSMN milyonlarla manat ödəyərək onlarla ofis icarəyə götürür


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ofis və anbar sahələrinin icarəyə götürülməsi ilə bağlı 2 tender müsabiqəsi elan edib.
Yenixeber.org: Tender müsabiqələrindən biri İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün ofis sahəsinin icarəsi, digəri isə Agentliyin Aparatı üçün ofis sahəsinin və anbarın icarəsi ilə bağlıdır.

Tender elanında bildirilir ki, Sosial Xidmətlər Agentliyi İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün 900 kv. metr sahəsi olan ofis axtarır və 12 ay üçün bu ofisə ödəniləcək məbləğ (ehtimal olunan qiymət) 232 min 362 manat olacaq.
Bundan başqa, Agentliyin Aparatı üçün 3 200 kv. metr ofis sahəsi və 200 kv. metr anbar icarəyə götürləcək ki, bunların da 24 aylıq icarə haqqı 1 milyon 619 min 760 manat olacaq.
Məlumat üçün bildirək ki, ötən il Agentliyin Aparatı üçün 3 200 kv. metr ofis və 200 kv. metr anbar sahəsi “Çinar Park” QSC-dən 652 min 832 manat 64 qəpiyə bir il müddətinə, Agentliyin Mərkəzi fililalı üçün isə 900 kv. metr ofis sahəsi İsgəndərova Sevinc Şəfa qızından 216 min manata bir il müddətinə icarəyə götürülüb.
Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər və hər il icarə üçün milyonlarla vəsait ödəyirlər.

DOST Agentliyi bu dəfə 1,8 milyona ofis icarəyə götürüb
(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam