Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar -FOTOLAR

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar (FOTO)
Türkiyədə azərbaycanlı iş adamına məxsus 6 milyon dollar və 6 kiloqram qızılın məzarlıqda gizlədildiyi iddia edilir.  
Yenixeber.org: Məlumata görə, FETÖ tərəfindən adı açıqlanmayan azərbaycanlı iş adamının külli miqdarda pul və qızılları ələ keçirilərək, Yalova şəhər qəbiristanlığında gizlədildiyi iddia olunur.
Bunu eşidən insanlar Yalova şəhər qəbiristanlığına gələrək, məzarları qazırlar. 3 ay ərzində yan-yana qəbirlər qazaraq pul və qızıla çatmağa çalışan şübhəlilərin bu məlumatı haradan əldə etməsi maraq doğurur.
Artıq qəbiristanlıqda məzar qazan 4 xəzinə axtaran saxlanılıb. Saxlanılan şəxslər sonradan məhkəmə tərəfindən sərbəst buraxılıblar. 2 ay əvvəl də sözügedən qəbiristanlıqda məzar qazan 2 nəfər saxlanılmışdı.
Bir neçə gün əvvəl də avtomobillə qəbiristanlığa gələrək orada məzar qazmağa başlayan E..A adlı şəxs saxlanılıb. O, polis tərəfindən dindirilib. 
İddia edilir ki, məzar qazan şəxslər İstanbul Beykoz Bələdiyyəsinin işçiləridir.(qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam