Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Anar Bayramov əlillərin problemi ilə yox, biznesi ilə məşğuldur” –"...müavini Ramin Rzayev də bu cür işləyənlərdəndir"

“Anar Bayramov əlillərin problemi ilə yox, biznesi ilə məşğuldur” – Hüquqşünas
Bu Anar Bayramovdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinin sədridir. Həmin Agentlik əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası üzrə qurumdur. Eyni zamanda Anar Bayramov “A-Qroup Sığorta Şirkəti”nin Direktorlar Şurasının üzvüdür. Yəni faktiki olaraq nəinki sadə məmur, Agentlik rəhbəri özəl sığorta şirkətinin rəhbər şəxslərindən biridir. Özü də həmin sığorta şirkətində 2002-ci ildən çalışır, İdarə Heyətinin sədri də olub. Amma 2021-ci ildən dövlət işinə keçdikdən sonra da özəl qurumda fəaliyyətinə xitam verməyib.

Yenixeber.org: Bu barədə məlumatı hüquqşünas Əkrəm Həsənov paylaşıb. O bildirib ki, A.Bayramov kimilər qanunda olan boşluqdan istifadə edərək dövlət işində ola-ola bizneslə də açıq şəkildə məşğul olurlar:

“Son illər ərzində publik hüquqi şəxs statusunda xeyli qurum yaradılıb. Faktiki olaraq dövlət orqanlarının səlahiyyətləri onlara verilir. Amma dövlət orqanlarında çalışanlardan fərqli olaraq publik hüquqi şəxslərin işçiləri dövlət qulluqçuları hesab edilmir. Qanunda boşluq var: publik hüquqi şəxslərin işçilərinə hər hansı digər fəaliyyətlə məşğul olmaq qadağan edilmir. Onlar da bundan sui-istifadə edərək dövlət işində ola-ola özəl bizneslə də aşkar şəkildə məşğul olurlar. Yəni dövlətdən maaş ala-ala iş vaxtı ərzində bizneslə də məşğuldurlar. Özü də bunu heç gizlətmirlər.

Məsələnin etik aspekti (dövlətdən maaş ala-ala iş vaxtı ərzində biznes fəaliyyəti) bir tərəfə, əsas həm də odur ki, faktiki olaraq məmur, hətta rəhbər olan şəxslər özəl sektora müdaxilə edirlər və nəticədə ciddi maraqlar toqquşması yaranır. Bilmirsən, dövlət maraqlarını rəhbər tuturlar, yoxsa özəl maraqları.
Sadəcə rəzalətdir. Yeri gəlmişkən, Bayramovun müavini Ramin Rzayev də bu cür işləyənlərdəndir. Həmin qurumda ucdan tutma hamısı belə imiş. Əlillərin problemləri qalıb bir tərəfdə, bu məmurlar isə bizneslə məşğuldurlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam