Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Milli Onkologiya Mərkəzinin "iflas"-ı - Kəmaləddin Qafarovun işçisi belə rüşvət alıb-VİDEO

Milli Onkologiya Mərkəzinin "iflas"-ı - Kəmaləddin Qafarovun işçisi belə rüşvət alıb-Video
Dünya miqyasında xərçəngdən ölənlərin sayı kəskin dərəcədə artıb. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il 14 milyondan artıq insana xərçəng diaqnozu qoyulur. Bu rəqəmin 2030-cu ilə qədər 21 milyona çatması gözlənilir.

Yenixeber.org: Təşkilatın hesabatında bildirilir ki, bütün dünyada xərçəng xəstəliyindən ölənlərin sayı 2000-ci illərlə müqayisədə 27,5 faiz artaraq 8,8 milyona çatıb. Açıqlamada deyilir ki, əgər bu xəstəlik daha tez aşkarlansa, xəstənin sağalma ehtimalı da yüksək olur. Amma, nə yazıq ki, Azərbaycan səhiyyəsində elə bir vəziyyət yaranıb ki, müraciət edən xəstələrin vəziyyətindən əvvəl əlinə və cibinə baxılır.
Maddi vəziyyəti ağlabatandırsa, xəstəliyi vaxtında aşkar olunur, deyilsə, həmin xəstə qalır evi ilə xəstəxana arasında yollarda. Salırlar get-gələ. Bunu biz demirik, bu vəziyyəti yaşayan yüzlərlə, hətta minlərlə vətəndaşlar deyir. İzlədiyiniz bu görüntülər de-fakto deputat Kəmaləddin Qafarovun rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzində lentə alınıb. Yeri gəlmişkən bu barədə əvvəllər də saytımızda materiallar dərc olunub. Bizi yenidən mövzuya qayıtmağa vadar edən isə, sözügedən müəssisədə proseslərin eyni qaydada aparılması, bu qədər müraciət və şikayətlərə rəğmən vəziyyətin olduğu kimi qalmasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam