Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

'Aztelekom' ÖZBAŞINALIĞI DAVAM EDİR -GİLEY

İnternet tarifinin qiyməti 25 manat oldu, ancaq sürət və keyfiyyət verilən pula dəymir. 25 manata 100 mbit/s internet veriləcəyi vəd olunsa da, xidmətin keyfiyyətində heç bir müsbət dəyişiklik yoxdur.
Yenixeber.org: Sosial şəbəkə istifadəçiləri bu haqda "Aztelekom" şirkətinin rəsmi "Facebook" səhifəsində öz iradlarını bildiriblər. İstifadəçilərin qeyd etdiyinə görə, şirkətin çağrı mərkəzindən yaranmış problemlə əlaqədar verilən ən yaxşı məsləhət "söndür-yandır, düzələcək" olur.
Baxış İsmayıloğlu yazır ki, 170 Çağrı Mərkəzinə zəng etdikdə, ən yaxşı halda sırada 40-cı adam olursan, növbə sənə gəldikdə, deyirlər, "söndür-yandır, düzələcək". Görəsən, nə zaman düzələr?
İstifadəçilər şirkətə müraciət ünvanlayırlar ki, 100 mbit/s internetlə nələrin mümkün olduğunu hamı yaxşı bilir, yaxşı olar ki, şirkət, olmayan internetlə nələrin edilə biləcəyi barədə də məsləhətlər versin.
Bəzi internet istifadəçiləri verdikləri pul müqabilində internet sürəti artmasa, göstərilən "xidmət"dən cərimə olunma ehtimalına baxmadan imtina edəcəklərini bildirirlər. Məlumat üçün qeyd edək ki, "Aztelekom" göstərilən xidmətdən imtina edildiyi halda, abonentin 140 AZN miqdarında cərimələnməsi barədə istifadəçilərə məlumat verib. Vətəndaşların sorğusuna verilən cavabda qeyd olunur ki, 12 aylıq abunə şərtləri pozulduğu halda internet modem üçün 110 AZN + 30 AZN qoşulmama haqqı ödənilməlidir. Bu da "mədəni" dildə cərimə deməkdir. Çünki xidmət keyfiyyəti ödənilən məbləğdən qat-qat aşağıdırsa, istifadəçinin internet xidmətindən imtina etmək hüququ var.
Şirkətin Mətbuat Xidmətindən verilən məlumatda bildirilir: "Abunəçilərlə münasibətlər müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqaviləyə və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tənzimlənir. Abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə, yeni tariflərin tətbiq edildiyi gündən 30 gün müddətində yazılı şəkildə müraciət etməklə, telekommunikasiya xidmətini dayandıra bilər. Tariflərin tətbiq edildiyi tarixdən 30 gün ərzində xidmətdən imtina ilə bağlı yazılı müraciətin edilməməsi abunəçi ilə yeni tariflər barədə razılaşmanın əldə edilməsi kimi qiymətləndirilir. Müddət keçdikdən sonra qiymət dəyişikliyinə əsaslanaraq xidmətdən imtina edilməsi, müqavilə üzrə razılaşdırılmış öhdəliyin pozulması hesab edilir".
İstifadəçilərin əksəriyyəti onlarla provayderlər arasında müqavilənin imzalanmadığını qeyd edirlər. İnternet çəkilişi zamanı onlara heç bir müqavilə təqdim olunmayıb.
Digər tərəfdən, belə bir sual da yaranır ki, əgər bağlanılan müqavilənin şərtlərini elə şirkətin özü pozursa, o zaman şirkəti kim cərimələyək? Hansı ki, vətəndaşlar müqaviləni elə şirkətin pozduğunu, ödənilən məbləğ qarşılığında vəd olunan internet sürətinin verilmədiyini bildirirlər. Belə olduğu təqdirdə, sadə vətəndaşların hüquqlarını kimin qoruyacağı sual altına düşür.(dia-az.info)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam