Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Şüvəlan sakinlərinin yol problemi: "Səkilər yoxdur, zibillər yığışdırılmır" -FOTOFAKT

Xəzər rayonu, Şüvəlan qəsəbəsi sakinləri yollarının təmirsiz olmasından şikayətçidirlər. Bununla əlaqədar olaraq, onlar Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər.
Yenixeber.org: Ölkədəki quruculuq işlərini, xüsusən də COP29-a hazırlıqla əlaqədar paytaxt Bakı və ətraf rayonlarda aparılan abadlıq tədbirlərini yüksək qiymətləndirən və təqdir edən müraciət müəllifləri Şüvəlan qəsəbəsinin bağ massivi, Mirmöhsüm Ağa ziyarətgahının yaxınlığı, 90-cı Şüvəlan döngəsi, 1-ci Döngə və digər ərazilərdə ciddi abadlıq işləri aparılmasına ehtiyac olduğunu bildirirlər.
Onların sözlərinə görə, adıçəkilən ərazilərdə yollar tozlu-torpaqlı və keçilməzdir:
"Xeyli vaxtdır ki, bu yollara asfalt döşənməyib. Piyadalar üçünsə ümumiyyətlə, səkilər yoxdur. Bundan başqa, burada bütün yolların ətrafı zibillikdir və üfunət qoxuyur. Bu küçə və yollardan zibillərin yığışdırıldığını görməmişik. Mövcud antisanitariya vəziyyətində yaşamaq dəhşətlidir".
Müraciətin sonunda sakinlər qeyd olunanların nəzərə alınması və tədbir görülməsini xahiş ediblər.
 

 
Elnur, BakuPost

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam