Bayram Mikayılovu KİM GÖRƏVƏ GƏTİRİB? -Gücü ilə meydan sulayan məmurla bağlı ŞOK FAKT
Bir müddət əvvəl 22 yaşlı qazi mühafizəçi işlədiyi Sabirabad Rayon Mərkəzi Xəstəxanasından etdiyi gileylə diqqətə gəldi.
Yenixeber.org: Xatırladaq ki, Qarabağ Qazisi sözügedən xəstəxananın Maliyə şöbəsinin rəis müavini Bayram Mikayılovun özbaşınalığından şikayətlənirdi.
“Küçə söyüşləri ilə təhqir edir, aşağılayır, deyir ki, mən heç kimdən qorxmuram, çəkinmirəm, mənim arxam var, mənə heç kim heç nə edə bilməz, get, nə edirsən, et” deyə dərdini danışan Qazimiz Bayram Mikayılovun hüdudsuz imkanları qarşısında aciz görünürdü və nəticəsi də belə oldu. Kimsə özbaşınalıq edən Mikayılovu cəzalandırmadı. Əksinə... Sonradan özbaşınalıq edən Mikayılov cənablarının sədası Naxçıvandan, daha dəqiqi - Şərur Regional Tibb Mərkəzindən gəldi. Məlum olduğu kimi artıq Bayram Mikayılov oralara rəhbərlik edir... Dünən isə Mikayılovun Şərurdakı işləklərindən ilk faktları təqdim etdik... Şikayətdə deyilirdi: ""Şərur Regional Tibb Mərkəzində özbaşınalıq baş alıb gedir. Dövlət müəssisəsinə işçilər rüşvət əsasında alınır. Bununla bağlı ali orqanlara dəfələrlə məktub ünvanlamışıq, işlərə baxılmır. Təsərüfat işçiləri 4-5 min, tibb işçiləri 10 min, təcili tibbi yardima isə 12 min rüşvət verməklə işə daxil olmaq olur. Regional məkəzin direktoru Bayram Mikayılov qaranlıq keçmişi olan, dəfələrlə cinayət məsuliyətinə cəlb edilən kriminal şəxs olmağına baxmayaraq bu vəzifəyə təyin edilib..." Daha ətraflı aşağıdakı yazıda: Bayram Mikayılov Şərurda səhiyyənin ANASINI AĞLADIB... - İTTİHAM VAR... Redaksiyamıza göndərilən məqalənin davamında deyilir: "Bayram Mikayılov respublikanın digər rayonlarından həkim adı ilə gətirdiyi rezidentləri, saxta sənəd əsasında ixtisaslı həkim kimi işə götürüb, Nazirlər kabinetinin 14 cü maddəsinə əsaslanıb onlara yüksək məbləğdə vəsait ayirib və həmin şəxslərlə birlikdə dövlət vəsaitinin talanması ilə məşğul olur. Tenderlərdə qanunsuz yollara əl ataraq xəstəxananın vəsaitini, mənimsəyib. Pulu mənimsənilən xəstəxanada KT, Laboratorya və digər avadanlıqlar çalışmır. Bakıdan gətirdiyi bir çox gənc həkimi yoldan çıxararaq onlarla müəmmalı münasibətlər saxlayan Bayram Mikayılov bir neçə gün əvvəl gecə 02:00 radələrində Bakıdan pediatr adı ilə gətirdiyi bir xanım doktorla birlikdə evindən çıxarkən görüntülənib. Hər halda, Naxçıvan kimi ənənələrə sadiq bir yerdə bu kimi hərəkətlər heç də xoş qarşılanmır. Şərur olduqca balaca yerdir və hamı nələrin baş verdiyini yaxşı bilir, yaxşı görür..." Qeyd edək ki, Bayram Mikayılovun digər əməlləri ilə bağlı və eyni zamanda Naxçıvan səhiyyəsi ilə əlaqədar yeni faktlarımız var və onları da növbəti günlərdə təqdim edəcəyik. Bizi izləyin...(Dia-az.İnfo) |