Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Feyziyev Milli Məclisdə: İTİRƏN ŞƏKİ VƏ ŞƏKİLİLƏR OLDU... -MALƏSƏF...

Milli Məclisə yenidən “seçilən” köhnə-yeni deputatlardan biri də Cavanşir Feyziyevdir. Xatırladaq ki,115 saylı Şəki kənd ikinci seçki dairəsindən 4-cü dəfə deputat olan Feyziyev daha çox qaranlıq reputasiyalı iş adamı kimi tanınır…

Yenixeber.org: Onun “dərman biznesi” və digər müəmmalı əməllərinin sorağı uzaq Böyük Britaniyaya qədər gedib çıxıb. Son olaraq bu il martın 8-də Böyük Britaniya məhkəməsi Londonda deputat Cavanşir Feyziyev və həyat yoldaşına məxsus 50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı qüvvədə saxlayıb.

Bundan öncə məhkəmə Feyziyev və həyat yoldaşının bu mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu qeyd edib. Feyziyev ailəsinin vəkili həbs qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib, lakin məhkəmə martın 8-də vəsatəti rədd edib.

O da məlum olub ki, kasıb Şəki camaatını parlamentdə “təmsil edən” Feyziyevin təkcə Londonda 63 milyon dollardan çox dəyəri olan 22 mülkü var.

Bu qalmaqal zatən ölkəmizə qarşı qərəzli mövqedə duran Qərb mətbuatının əlində növbəti alət oldu. Feyziyevin “çirkli milyonıları” dəfələrlə mətbuatda tirajlandı və təbii ki, Azərbaycan parlamentinin də reputasiyasına zərər vurdu. Ancaq belə görünür ki, bunun Feyziyev reputasiyasına heç bir zərəri olmayıb. Bəlkə də, millət vəkili olmaq üçün tamamilə başqa meyarlar lazımdır və Feyziyevdə də həmin bu meyarlar geninə-boluna var…

Hər haldai, bütün qeyd edilənlərə rəğmən Feyziyev yenə deputat mandatı və toxunulmazlığı, eləcə də digər məlum imtiyazları qazandı. Bəs parlamentimiz və şəkililər bundan nə qazandı? Heç nə… (“AzPolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam