Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Gömrüklə İcra Hakimiyyəti birləşib restoranımı əlimdən almaq istəyirlər” -Qusarlı sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR/VİDEO

 

Qusar rayon sakini Mehrəliyev Sultan Əmirəli oğlu redaksiyamıza şikayət ünvanlayıb. O, bu şikayəti vasitəsilə ölkə rəhbərliyindən kömək istəyir.

Şikayətçi bildirir ki, mülkiyyət hüququ ona məxsus olan “Azərbaycan” adlı restoranı yerli məmurların və gömrük işçilərinə yaxınlığı ilə seçilən Rüfət Qəhrəmanovun təzyiqi ilə onun əlindən almaq istəyirlər. Qeyd edək ki, sözügedən restoran Samur Gömrük Postunun (SDK) yaxınlığında yerləşir. Mehrəliyev Soltanın sözlərinə görə, bu məsələ ilə bağlı özünü terminalın işçisi kimi təqdim edən Rüfət ona 242 min manat pul təklif edib ki, həmin vəsaiti götürüb restoranı təhvil versin.

Şikayətçi qeyd edir ki, ona bu yöndə edilən təzyiqlərdə Samur qəsəbəsinin icra nümayəndəsi Elxan Babayev və yerli bələdiyyə sədri Elnarə Eyyubova da yer alırlar. Bu şəxslər sahibkara deyillər ki, güya restoranın yerində gömrüyə aid hansısa infrastruktur binası tikmək istəyirlər. Hətta bu məsələyə görə sahibkar Qusar Rayon İcra Hakimiyyətinə də dəvət edilib və onunla Başçının müavini Şahid Fərəməzov, hüquq şöbəsinin müdiri Kazımov Telman və baş memar Saruxanov Şahbaz söhbət edib.

Şikayətçi bildirir ki, İcra Hakimiyyətində olan görüşdə tanımadığı bir gömrük işçisi də iştirak edib. Mehrəliyev Sultan özünə məxsus restoranın əlindən alınması cəhdlərini tam qanunsuz sayır və buna görə ölkə rəhbərliyindən kömək istəyir.(Azinforum)

Şikayətçinin videoçıxışını təqdim edir:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam