Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Qaradağın icra başçısına məxsus olduğu bildirilən obyekt cərimələndi – Qum-çınqılı qanunsuz daşıyırlar -FOTOFAKT

Qaradağın icra başçısına məxsus olduğu bildirilən obyekt cərimələndi – Qum-çınqılı qanunsuz daşıyırlar

Xəbər verdiyimiz kimi, gündəlik 200 yük maşını Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisindən çınqıl daşıyır.

Yenixeber.org: Redaksiyamıza məlumat verən sakinlərin sözlərinə görə, Qaradağ rayon icra başçısı Süleyman Mikayılova məxsus olduğu bildirilən şirkətin yük maşınları qəsəbənin daş-çınqılını qanunsuz istismar edərək satırlar. Ölkə ərazisində ümumilikdə 134 qum-çınqıl yatağı mövcuddur. Əsasən, Şimal bölgəsində-Quba, Qusar, Xaçmaz, həmçinin İmişli, Lənkəran, Tərtər rayonunun ərazisində yerləşir. Ümumilikdə respublika üzrə 51 qum-çınqıl yatağında 128 istismarçının icazə sənədi qüvvədədir. Bu sahəyə nəzarət var və daha da gücləndirilməlidir. Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Qızıldaş qəsəbəsi ərazisində keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxur kütləsinin “Kamaz” və “BMC” markalı iki yük avtomobili ilə daşınması aşkar olunub.

İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etdiklərinə görə həmin yük avtomobillərinin sürücüləri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib. Ekoloji tələblərin pozulmasına görə həmin obyektin sahibi barəsində də inzibati tənbeh tədbiri tətbiq edilib.(tribunainfo.az)

       

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam