Redaktor seçimi
Abel  Məhərrəmovdan Akademik oğruluq-
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Günün xəbəri

Qovlar şəhərinin 30 min nəfər sakininə bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir -PROBLEM/FOTOLAR

 

Xeyli müddətdir ki, Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsi-13 ünvanında yerləşən və 1971-ci ildə istifadəyə verildiyi bildirilən Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanasında yaşanan dözülməz vəziyyətin varlığı, bu gün də geniş ictimaiyyəti düşündürən əsas məsələlərdəndir.

Yenixeber.org: Baxmayaraq ki, təqribən 30 min nəfərin yaşadığı Qovlar şəhər sakinlərinin üzüzə qaldıqları tibbi xidmət problemi ilə bağlı bu günə kimi ayrı-ayrı xəbər portallarında, sosial şəbəkələrdə və s. silsilə tənqidi yazılar yayımlansa da, hələ də problem həll olunmur ki, olunmur. Niyə, nəyə görə və səbəb nədir? Qeyd edək ki, Tovuzda sakinlərin sayının təqribən 187 min nəfər olduğu bildirilir və bu qədər əhalinin 90-100 min nəfərindən çoxu Qovlar şəhərində və ətraf kəndlərdə yaşayırlar. Yəni, hal-hazırda Qovlar şəhərinə yaxın ərazilərdə, o cümlədən Zəyəm çayı boyunca, Əsrik dərəsində, Şəmkirin Tovuz rayonuna yaxın kəndlərində yaşayan sakinlər də, Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasından istifadə etməli olurlar. Faciə odur ki, bu xəstəxanada adicə rentgen aparatı yoxdur və bu qədər əhaliyə cəmi bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir.

 

Diqqət yetirmək lazımdır ki, bu cür halların varlığı uzun illər ərzində rayonun səhiyyə şöbəsinə rəhbərlik edən Paşa Muradovu heç də narahat etmir. Qovlar Şəhər Xəstəxanasına məxsus binaların, iş otaqlarının bərbad görkəmdə olması, divarların uçub-dağılması, qapı-pəncərələrin sınıq-salxaq vəziyyətə düşməsi və s. onu söyləməyə əsas verir ki, Tovuz səhiyyəsinə rəhbərlik edən şəxsi sakinlərin taleyi düşündürmür. Qeyd edək ki, ötən onilliklər ərzində bu xəstəxananın divarları, tavan hissələri, döşəmələri, qapıları, pəncərələri və s. olduqca yararsız vəziyyətə düşdüyündən, artıq bəzi otaqlar uçmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Bir sözlə, Qovlar Şəhər Xəstəxanasında hansısa xəstənin müayinə, yaxud da müalicə olunmasının özü müşkül məsələdir. Buna əsas olan səbəblərdən biri, xəstəxanada hər cür antisanitariyanın, hər cür natəmizlik hallarının hökm sürməsidir. Xəstəxananın doğum şöbəsində də dözülməz vəziyyət yaşanır. Adicə bu şöbədə bir nəfər olsun belə ginekoloq həkim çalışmır, şöbənin otaqlarında bir nəfər də xəstə tapmaq mümkün olmur. Əgər rayonun səhiyyə şöbəsinə rəhbərlik edən şəxsi sakinlərin taleyi az-çox maraqlandırsaydı, yəqin ki, o halda o, indiyə kimi mövcud problemlərin varlığını aidiyyatı dövlət qurumlarının qarşısında qaldırardı. Deməli, ...

 

Diqqət yetirmək lazımdır ki, hal-hazırda istər Qovlar şəhəri ərazisində, istərsə də ətraf kəndlərdə səhhətində ciddi problemləri olan yaşlı insanlar, Qarabağ müharibəsində iştirak edib bədənlərinin müxtəlif nahiyələrindən travma alan neçə-neçə qazilər, əlillər və s. yaşayırlar. Həmin şəxslərin səhhətində problemlər özünü göstərməyə başlayarkən, söz yox ki, onların həkim köməyinə ehtiyacı duyulur. O halda sual oluna bilər ki, bir ədəd təcili-tibbi yardım maşını bu qədər insanların tibbi ehtiyaclarını ödəyə bilərmi? Əlbəttə ki, yox! Qeyd edək ki, 07 mart 2012-ci il tarixdə Qovlara şəhər statusu verilib və hal-hazırda Qovlar Şəhər Xəstəxanasının ümumi görkəmi, sanki ötən əsrin 60-70-ci illərindəki səhiyyə müəssisələrini xatırladır. Faktdır ki, son illər ölkəmizin şəhər və rayonlarının ən ucqar kəndlərində səhiyyə ocaqları ya təmir olunur, ya da ki, yenidən qurulur. Bütün bunlara baxmayaraq, nə səbəbdirsə Qovlar Şəhər Xəstəxanasının “bəxti açılmır”.

 

Onu da bildirək ki, bu səhiyyə müəssisəsində yaşanan acınacaqlı durumun varlığını, ələlxüsus 30 min nəfər sakinə cəmi bir ədəd təcili tibbi-yardım maşınının xidmət göstərməsi faktı ilə bağlı, qerar.az xəbər portalının redaksiyasından “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə ünvanladığımız məktuba (№18-1/2-3876/2024) 06 may 2024-cü il tarixdə cavab verilmişdir. Qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə xanım Ədilovanın imzası ilə təsdiq olunmuş cavab məktubunda “Sorğunuza cavab olaraq bildiririk ki, Tovuz rayonu, Qovlar şəhərində yerləşən Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzinin əsaslı təmiri və yeni avadanlıqlarla təmin olunması ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət göndərilmişdir” deyə qeyd olunub. Belə bir cavab məktubunun verilməsi onu sübut edir ki, deməli TƏBİBin rəhbər şəxsləri də Qovlar Şəhər Xəstəxanasındakı real vəziyyət barədə məlumatlıdırlar ki, onlar belə bir addımlarını atırlar.

 

Ümidvarıq ki, qeyd olunan problemin varlığı bir daha ictimailəşdikdən sonra Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Qovlar şəhər sakinlərinin üzüzə qaldıqları təcili-tibbi yardım maşını ilə bağlı məsələyə daha diqqətlə yanaşacaqlar və bu yöndə lazımi addımlarını da atacaqlar. Yəqin ki, Nazirlik rəsmlərinin verəcəkləri qərar sakinlərə göstərilməli olan tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək.(Qerar.az)

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

https://www.youtube.com/shorts/KPcmd1p-8nU?feature=share


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam