Redaktor seçimi
“İki dövlət bir millət” qardaşlığının Qordi düyünü: Qarabağı inşa edənlər xidmət haqlarını niyə ala bilmirlər? -
KEÇMİŞ OLİQARX NAZİRLƏRİN DƏBDƏBƏLİ HƏYATI... -
Azərbaycan KİV-də korrupsiyanın ifşası
nədən zərurətdir? -
Dövlət siyasətinin təbliğat maşınında naşı "şofer" oturub! -
Texniki baxışı niyə yol polisi keçirir -
Kəmaləddin Qafarovun biznesi və əmlakları -
Şeyxin biznesindən YENİ XƏBƏR var: Mübariz Mənsimovla iş birliyi silsiləsindən... -
Günün xəbəri

Cəbrayıl Xanlarovun oğlu yeni şirkət yaratdı –Həm idarə rəisi, həm də sahibkar…

Cəbrayıl Xanlarovun oğlu yeni şirkət yaratdı – Həm idarə rəisi, həm də sahibkar…

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun oğlu Nazim Xanlarov özünə yeni şirkət təsis edib.
Yenixeber.org: Məlumata görə, Xanlarov Nazim Cəbrayıl oğlunun qanuni təmsilçisi olduğu “AZERIFY” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, akademik Şamil Əzizbəyov, ev 95, mənzil 27 ünvanı göstərilib.
Cəbrayıl Xanlarovun oğlu yeni şirkət yaratdı – Həm idarə rəisi, həm də sahibkar…

Apardığımız araşdırmaya əsasən, bir neçə ay əvvəl yaradılan “AZERİFY” MMC Qarabağda dağıdılan tarixi abidələrin bərpası və yenidənqurma işləri ilə məşğul olacaq.

Cəbrayıl Xanlarovun oğlu yeni şirkət yaratdı – Həm idarə rəisi, həm də sahibkar…

Cəbrayıl Xanlarovun oğlunun və onun yaxınlarının adına Azərbaycanda və xaricdə əmlakı milyonlarla manatla dəyərləndirilən 5-dən artıq şirkət mövcuddur.
Nazim Xanlarov həm də Bakıda ayrı-ayrı ünvanlarda qeydiyyata alınmış “ATL SERVICE” MMC-nin qanuni təmsilçisidir.
“ATL SERVICE” MMC fövqəladə nallar nazirinin birinci müavini Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevin rəhbəri olduğu “ATL GROUP” şirkətinə daxildir.
Cəbrayıl Xanlarovun oğlu yeni şirkət yaratdı – Həm idarə rəisi, həm də sahibkar…

     Cəbrayıl Xanlarov övladları
Nazim Xanlarovun məmur atası Cəbrayıl Xanlarov isə “POLİ-TRANS” MMC-nin qanuni təmsilçisidir. Azərbaycan qanunvericiliyi məmurların biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Nədənsə bu, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov üçün keçərli omayıb.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam