Redaktor seçimi
Məşhur Məmmədovun biznesi və şansları necə “əriyir?” -
Ramil Rəhimov Abşeron-Xızı Mədəniyyət İdarəsində oturub Quba-Xaçmazdakı əməllərini ört-basdır edir -
SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir -
YAP-ın namizədlər siyahısından kənarda qalan Mahir Abbaszadə barədə ŞOK FAKTLAR –
Elmir Ramazanovun özbaşınalıqları... -
Əziz Əzizov haqda ŞOK İDDİALAR -
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:
Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı Britaniyada gizli milyonları belə yatırdı -
Günün xəbəri

“Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat! -FOTO

 İndi siz köhnə smartfonunuzu “Nar” mağazalarında sərfəli qiymətə və rahat şəkildə sata bilərsiniz. “Nar” mağazasında telefonunuzun dəyərləndirilməsi xüsusi tətbiq vasitəsilə, şəffaf və sürətli aparılır.
Yenixeber.org: Tətbiq bir çox parametrlər üzrə smartfonunuzu yoxlayır və müvafiq qiyməti təyin edir. Smartfonunuzu elə yerindəcə təyin olunmuş qiymətə təhvil verə və ödənişinizi dərhal əldə edə bilərsiniz. Üstəlik, xidmətdən yararlanan hər bir “Nar” abunəçisi 30GB-dək internet bonusu əldə edəcək.
Bu xidmət Türkiyənin “EasyCep” şirkətilə “Nar”ın əməkdaşlığı çərçivəsində həyata keçirilir. Beləliklə, “Nar” Azərbaycanda işlənmiş telefonların alışını rəsmi şəkildə həyata keçirməyə başlayan ilk mobil operator oldu.
Telefonunuzu sərfəli şəkildə satmaq üçün “Nar”ın Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən 19 eksklüziv diler mağazalarından birinə yaxınlaşmaq kifayətdir.
Qeyd edək, “EasyCep” Türkiyənin ən böyük yenilənmiş elektronik cihaz satış şəbəkəsidir. Şirkət mobil telefon, planşet, noutbuk və bənzər cihazların sahibindən satın alaraq yenilənmiş şəkildə və zəmanətlə şatışını həyata keçirir.
“Nar” və “EasyCep” şirkətləri arasında əməkdaşlıq müştərilərinə müxtəlif xidmətləri bir mərkəzdən 
göstərmək və üstün müştəri təcrübəsini təmin etmək məqsədi daşıyır.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidməti göstərir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkənin lider mobil operatorudur. Mobil operator müştəri yönümlü strategiyaya sadiqdir və sərfəli qiymətə əla xidmət təklif edir.


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam