Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Bahar Muradovanın kadrının adı Qazinin təhdidində hallanır -TƏFƏRRÜAT-YENİLƏNDİ

 Yenixeber.org: Qarabağ Müharibəsi qazisi Səfərov Azər Saleh oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Müəllif müraciətində Yevlax rayon Qoyunbinəsi kəndinin keçmiş bələdiyyə sədri Məmmədov Qabil Süleyman oğlu tərəfindən haqsızlığa məruz qalmasından bəhs edir.
Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
Mənə və 5 nəfərdən ibarət ailə üzvümə Yevlax rayon Qoyunbinəsi kəndində 1998 - ci il 33 nömrəli qərarı ilə pay torpağı ayrılmışdı. Bizə məxsus pay torpaqlarını  2019-cu ildə keçmiş bələdiyyə sədri Məmmədov Qabil Süleyman oğlu saxta yollarla özününküləşdirmişdi. Bununla bağlı Yevlax Rayon Polis İdarəsində araşdırma aparılmış və CM- nin  320.2  maddəsi ilə cinayət işi qaldırılmışdı. Lakin, təəssüflər olsun ki, bu müddətə kimi məsuliyyətə cəlb olunmayıb. Onu da qeyd edim ki,  Məmmədov Qabil bizdən başqa 41 nəfərə məxsus, o cümlədən də, dövlət torpaqlarını aqrar islahatlardan gizlədərək saxta yollarla özününküləşdirmişdi. Bu saxta yollarla Qabil Məmmədov hektarlarla torpaq ələ keçirərək qanunsuz yollarla varlanmışdı. Təəsüflər olsun ki, araşdırma aparılaraq bu günə kimi bunlara hüquqi qiymət  verilməyib. Cəzasızlıqdan harınlamış bu şəxs, mənim ailəmə zəng elətdirib, hədələrdən də çəkinmir. 27 iyun 2023-cü il tarixdə qardaşımın yaşadığı ünvana basqın təşkil elətdirmişdi. Başda oğlu Süleymanzadə Rahil  Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitısinin əməkdaşı, qızı Əsgərzadə Vəfa  Ombudsman Aparatının  baş məsləhətçisi, digər oğlu Məmmədzadə Elşən  Pentensiar Xidmətin zabiti, həyat yoldaşı Məmmədova Təranə və digərləri basqında iştirak etmişlər. Basqın zamanı yaşlı anama, atama təhqiramiz sözlər işlədərək onlara hədə-qorxu gəlmişdilər. Onların çalışdığı dövlət orqanlarına dəfələrlə şikayət etsəm də,  qəbula yazılsam da, təəssüflər olsun ki, nə şikayətimə  baxdılar, nə də məni qəbul etdilər.  İşin əsas başında duran  Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin əməkdaşı Süleymanzadə Rahildi. Dəfələrlə tədbir görülməsi barədə onların çalışdığı  qurumun rəhbəri Bahar Muradovaya və Ombudsman Aparatına müraciət etsək də, bu vaxta qədər cavabsız qalıb. Ataları  Qabil Məmmədovun cinayətini ört-basdır etmək üçün həmin qurumlardan inzibati orqanlara təzyiqlər göstərilir. Halbuki, bu dövlət qurumları bütün  vətəndaşların, eləcə də bizim hüquqlarımızı qorumaq üçün yaradılıb. Bu qurumlar şikayətlərimizə baxmamağı bizdə təəssüf doğurur.
Baş verənlərlə bağlı şəxsən Baş Prokuror Kamran Əliyevin  və  Baş Prokurorıuğun DİN-nə Nəzarət İdarəsinin rəisi Natik Abdullayevin qəbulunda olmuşam. Deyilən ərazidə Qabil Məmmədovun çox böyük korrupsiya faktları haqqında onlara məlumatlar vermişəm. Yalnız bundan sonra polisin çıxartdığı qərar ləğv edilərək yenidən araşdırılması üçün göstəriş verilmişdir. Əminəm ki, orda böyük cinayətin üstü tezliklə açılacaqdır.
Lakin, təəssüflər olsun ki,  Qabil Məmmədova himayədarlıq edən məhkəmə hakimləri də var.  Öz maraqları hesabına saxta qərar çıxardaraq  torpaqlarımızı qanunsuz yolla zəbt edib,  ələ keçirən bir şəxsə bu vaxta qədər  himayədarlıq edir.  30 il bundan əvvəl verilən dövlıət aktını necə   ləğv edib cinayətkarı haqlı çıxartmaq olar? Bununla bağlı Məhkəmə Hüquq Şurasının Sədri cənab İnam Kərimova müraciət etmişəm. Təsəvvür edə bilməzsiniz ki, 5 ildi ailəmlə birgə necə çətin və acınacaqlı  duruma düşmüşük. Hara gediriksə haqsızlıqla üzləşirik.  Qanun verilən rüşvətlər qarşılığında aciz qalıb.  Nə qədər olar axı   sivil və demokratik bir dövlətin vətəndaşları bu cür harınlamış məmurların ayaqları altında əzilməlidir?  
 Biz hüquqi dövlətdə yaşayırıq, möhtərəm prezidentimizin dediyi kimi,  " bütün dövlət qurumları dövlətə və onun vətəndaşlarına xidmət etməyə borcludurlar".
 Biz inanırıq ki,  tezliklə Ədliyyə Naziri cənab Fikrət Məmmədov bizim hüquqlarmızı pozmuş,  öz maraq çərçivəsində qanunsuz qərar çıxarmış hakim Fəxri Hacızadə haqqında da araşdırma aparılmasına göstəriş verəcək.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

            ***

Bu gün (19.07.2023) qarşı tərəf yazıda yer alan iddialarla bağlı mövqeyini (Yazı və təsdiqedici sənədlərin fotoları ilə birlikdə. Red.) redaksiyamıza göndərib. Məlum qanun və prinsiplərə uyğun olaraq qarşı tərəfin mövqeyini olduğu kimi dərc edirik: 

14 iyul 2023-cü il tarixdə “Yeni Xəbər” qəzetinin veb saytında (https://yenixeber.org/sosial/153794-bahar-muradovan%C4%B1n-kadr%C4%B1n%C4%B1n-ad%C4%B1-qazinin-t%C9%99hdidind%C9%99-hallan%C4%B1r.html) Səfərov Azər Saleh oğlunun məktubu əsasında mən və ailə üzvlərimin barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yerləşdirilmişdir.
İlk olaraq bildirmək istəyirəm ki, Səfərov Azər Saleh oğlu mənim xalam oğludur və iki ailə arasında olan mülki mübahisəsiyə məhkəmələr tərəfindən baxılaraq hüquqi qiymət verilməkdədir. 
Məsələ burasındadır ki, 1995-ci ildə “Avdılar” Kəndli Fermer Təsərrüfatına (bundan sonra – KFT) 50 ha torpaq sahəsi ayrılmış və bunu təsdiq edən hüquqi sənədlər, o cümlədən dövlət aktı mülkiyyətçiyə verilmişdir. KFT tərəfindən 1999 və 2005-ci il tarixli yenidən alınmış Dövlət Aktlarında da həmin 50 ha torpaq sahəsinin təsərrüfatın mülkiyyətində olması təsdiqini tapmışdır. KFT yarandığı zaman onun rəhbəri Məmmədov Süleyman Avdı oğlu olmuşdur. O, 1999-cu il 17 mart tarixində rəhmətə getdikdən sonra həmin təsərrüfatın rəhbəri oğlu Məmmədov Tofiq Süleyman oğlu olmuşdur. 2016-cı il 25 aprel tarixində Tofiq Məmmədov vəfat etmişdir. 2021-ci ildən atam Məmmədov Qabil Süleyman oğlu KFT-yə rəhbərlik etməyə başlamışdır. Haqqında bəhs edilən torpaq sahəsi 1995-ci ildən KFT-nin mülkiyyətində və faktiki istifadəsində olmuş və 28 il ərzində Azər Səfərov və onun ailə üzvləri torpağa dair hər hansı iddia irəli sürməmişlər. 2022-ci ildə 
Azər Səfərov tərəfindən Qabil Məmmədova qarşı iddia qaldırılmış və KFT-nin mülkiyyətində və istifadəsində olan torpaq sahəsindən təqribən 6 hektar torpaq sahəsinin onlara məxsus olması iddia edilmişdir. KFT tərəfindən aidiyyəti orqanlara sorğu verildikdən sonra məlum olmuşdur ki, 1998-ci ildə həmin torpaq sahəsindən 6.06 ha torpaq sahəsi “Avdılar” Kəndli Fermer Təsərrüfatına məlum olmadan Səfərov Saleh Allahverdi oğlu, Səfərov Azər Saleh oğlu, Səfərov Ceyhun Saleh oğlu, Səfərova Xatirə Musa qızı və Səfərova Samirə Saleh qızının adına rəsmiləşdirilmişdir. Bundan sonra KFT tərəfindən Yevlax Aqrar İslahat Komissiyasının bu barədə qərarı və Azər Səfərov, onun ailə üzvlərinin adına verilmiş dövlət aktı Şəki İnzibati Məhkəməsində mübahisələndirilmişdir. KFT-nin iddiası 1-ci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Qərardan narazı qalan Azər Səfərov artıq apelyasiya şikayəti verilmişdir. İşə avqust ayında baxılacaqdır. KFT-nin qanuni mülkiyyətində olan torpaq sahəsini hansısa məlum olmayan, ortaya çıxarılmayan qərar əsasında qanunsuz yollarla ələ keçirən Azər Səfərov və onun ailə üzvləri atam Qabil Məmmədovun  41 nəfərə məxsus, o cümlədən də, dövlət torpaqlarını aqrar islahatlardan gizlədərək saxta yollarla özgəninkiləşdirdiyini qeyd etmişdir. Çox maraqlıdır ki, böhtan xarakteri daşıyan bu məlumat Azər Səfərov tərəfindən hansı sübutlarla təsdiq edilir?! Və yaxud sual olunur ki, Azər Səfərov 6 hektar torpaq sahəsinə hansı əsaslarla iddia edir, keçmiş kolxoz torpaqlarının mülkiyyətçisi ola bilərdimi!? Axı qanunvericilik kolxoz, sovxoz torpaqlarının mülkiyyətçisi ola bilən əhali kateqoriyasını müəyyən edib, onlar bu kateqoriyadan hansına aiddirlər?! Əlbəttə, heç birinə. Xüsusilə vurğulamaq istərdim ki, Azər Səfərov və iş üzrə digər cavabdehlər onalra torpaq sahəsi ayrılması barədə qərarı belə ortaya çıxara bilmədilər. Göründüyü kimi məhz elə Azər Səfərovun özünün və ailə üzvlərinin iddiası tamamilə qanunsuzdur. Sadəcə qanuni əsaslarla məhkəmədə əleyhinə qərar çıxarıldığından məqsədi ara qarışdırmaq olan Azər Səfərov bununla bizi və məhkəmələri qorxutmaq istəyir. 
Diqqətinizə təqdim etmək istərdik ki, 16 iyul 1996-cı il tarixli, № 155-IQ nömrəli “Torpaq İslahatı haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər müəyyən edilmişdir. Sovxoz vəkolxozlarda daimi işləyənşəxslər, bu Qanun qüvvəyəmindiyi günədək daimi yaşayışyeri sovxozun vəkolxozunərazisindəolanşəxslər, sovxoz və kolxozlardan təqaüdəçıxmışvəmüvafiq rayonun (şəhərin)ərazisindəyaşayanşəxslər, sovxozun vəya kolxozunərazisindən həqiqi müddətli hərbi qulluğaçağırılmışvəmüvəqqəti qaib olmuşşəxslər, bu Qanun qüvvəyəmindiyi günədək 
sovxozun vəya kolxozunərazisindəyaradılmışvətəyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının vədigər kənd təsərrüfatıistehsalımüəssisələrinin təsisçiləri vəəsas iş yeri həmin müəssisələr olanşəxslər bu subyektlər dairəsinə aiddirlər. Azər Səfərov və onların ailə üzvləri bunların hər hansı birinə aid olmalarını sübut edə bilmədilərsə, hansı səbəbdən torpaq iddiasındadırlar. 
 A.Səfərov 27 iyun 2021-ci il tarixdə qardaşının yaşadığı ünvana basqın təşkil olunmasını, başda mən Süleymanzadə Rahil, bacım Əsgərzadə Vəfa, qardaşım Məmmədzadə Elşən və anam Məmmədova Təranə və digərlərinin iştirak etdiyini qeyd etmişdir. Basqın zamanı yaşlı anasına və atasına təhqiramiz sözlər işlədərək onlara hədə-qorxu gəldiyimiz bildirilmişdir. Həmin məsələ ilə əlaqədar bir daha qeyd etmək istəyirəm ki, sözü gedən ünvan Azər Səfərovun qardaşı Ceyhun Səfərova aid deyildir. Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 63 kv/m evin və 27 sot torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarı ilə mülkiyyətçilər: Məmmədova Təranə Musa qızı, Hacıyeva Rafilə Musa qızı, Səlimova Ofeliya Musa qızı, Eyvazova Ailə Musa qızı və Səfərova Əfruz Musa qızı olaraq müəyyən edilmişdir. Həmin evin adları çəkilən şəxslərin mülkiyyətində olmasına dair dövlət reyestrindən çıxarış vardır. 
Yaşayış sahəsinə Anam Məmmədova Təranə Musa qızı, Hacıyeva Rafilə Musa qızı, Səlimova Ofeliya Musa qızı və Eyvazova Ailə Musa qızı öz atalarının il mərasimini vermək üçün həmin ünvanda olmuş, həmin zaman heç bir insident yaşanmadan il mərasimindən sonra çıxıb getmişlər. Əgər həqiqətən də həmin yaşayış sahəsinə hər hansı basqın olmuşdursa, və ya A.Səfərovun ailə üzvlərinə təhqiramiz sözlər işlədilmişdirsə, və yaxud A.Səfərovun ərizədə göstərdiyi digər hallar baş vermişdirsə o zaman hüquq-mühafizə orqanlarına nə üçün şikayət edilməmişdir? 
A.Səfərovun mənim (Süleymanzadə Rahil) barəmdə işlədiyim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə eyni məzmunlu müraciətləri daxil olduğundan “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə  Yevlax rayon məhkəməsinə müraciət etmişəm. Yevlax rayon məhkəməsi tərəfindən iddia ərizəsi təmin edilmişdir. Həmin iş üzrə Azərbaycan Respublikasının Ali məhkəməsi qərarda qismən dəyişiklik etməklə (mənəvi zərər məbləğində) qüvvədə saxlamışdır. Yevlax rayon İcra və Probasiya Xidməti tərəfindən Qərar icra olunmuşdur. 31 avqust 2022-ci il tarixdə A.Səfərov barəmdə yaydığı həqiqətə uyğun olmayan məlumatların yalan olduğunu Komitəyə ərizə yazaraq təkzib etmişdir. 
A.Səfərovun və onun ailə üzvlərinin mənim, qardaşımın və bacımın işlədiyi müəssisəyə müraciət edərək bizimlə bağlı əsassız şikayətlə barəmizdə tədbir görülməsini və işdən çıxarılmağımızı tələb etməsi onun məsələni şəxsiləşdirməsi, bizdən intiqam almağa çalışması aşkar surətdə görülməkdədir. İşlədiyimiz müəssisədə dəfələrlə məsələ daxili qaydada araşdırılmış, izahatlarımız alınmış, A.Səfərovun ərizəsində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından çalışdığımız orqanın rəhbərləri tərəfindən ərizələrin icraatına 
xitam verilmişdir. 
Bəli biz hüquqi dövlətdə yaşayırıq. İş üzrə yekun məhkəmə aktı çıxanadək hər hansı üsullarla məhkəməyə təsir və təzyiq göstərilməsi yol verilməzdir. 
A.Səfərov istər xəbər saytlarına, istər fəaliyyət göstərdiyimiz qurumlara, istərsə də məhkəmələrə təsir və təzyiq göstərmək üçün Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə və Baş ProkurorluğunDaxili İşlər Nazirliyinin İstintaqa Nəzarət 
İdarəsinin rəisi cənab Natik Abdullayevə müraciət etdiyini və Q.Məmmədovun “törətdiyi” böyük korrupsiya faktları haqqında onlara məlumatlar verdiyini, Yevlax rayon Polis Şöbəsinin çıxartdığı qərarın ləğv edilərək yenidən araşdırılması üçün göstəriş verildiyini bildirmişdir. Qeyd etmək istəyirəm ki, Yevlax rayon Polis Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ləğv edilməmişdir.
A.Səfərov Azərbaycan Respublikasının Konstitusiyasının tələblərini kobud şəkildə pozmaqda davam etməkdədir.  Belə ki,  Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə 
yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
Öz ərizəsində məhkəmə hakimiyyətinin obyektivliyinə şübhə salan A.Səfərov qanuni məhkəmə qərar və qətnamələrini “saxta qərar” adlandırmaqla dövlətin adından çıxarılan məhkəmə qərar və qətnamələrini heçə sayaraq öz çirkin niyyətlərinə çatmaq üçün hər kəsi ləkələməkdə davam etməkdədir. 5 ildir ailəsi ilə birgə çətin və acınacaqlı duruma düşdüyünü qeyd edən A.Səfərov qazi adından istifadə etməklə şantaj və hədə qorxu yolu ilə pul tələb etməklə öz ailəsini çətin və acınacaqlı durumdan qurtarmağa çalışmaqdadır. Əslində A.Səfərov “qazi” adından istifadə etməməli olduğunu, ailə üzvünün narkotik vasitələrin əkib becərilməsinin qanunsuz olduğunu çox yaxşı bilir. Amma bütün bunlara rəğmən məkrli niyyətini ortaya qoyaraq özünə məxsus olmayanı əldə etmək üçün hər cür vasitəyə əl atmaqda davam edir. 
Sizin saytda paylaşılan xəbər başlığında məhz mənim çalışdığım müəssisə rəhbərinin adının hallanılması da təəssüf hissi doğurur. Çünki iki ailə arasında olan mübahisələrin mənim xidməti fəaliyyətimlə bağlı olmayıb və xidməti vəzifəmdən istifadə etməklə hər hansı qanun pozuntusu törədilməmişdir.

Yuxarıda qeyd olunanları hüquqi sənədlərlə təsdiq etmək məqsədi ilə həmin sənədlərin surətini ərizəyə əlavə edərək ünvanınıza göndəririk.  
Qeyd olunanları nəzərə alaraq, A.Səfərovun həqiqətə söykənməyən və heç bir hüquqi əsası olmayan böhtan atmaqla barəmdə yaydığı məlumatların gələcəkdə sizin xəbər saytında yerləşdirilməməsini Sİzdən xahiş edirik. 

 


 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam