Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Dondurma alarkən buna diqqət edin –SAĞLAMLIĞINIZA ZƏRƏRLİ OLA BİLƏR

Yüksək qida dəyərinə və kalsium tərkibinə malik olan dondurma yeyərkən diqqətli olun. Sənaye dondurmalarında yüksək miqdarda qarğıdalı siropu, süni dadlandırıcılar, konservantlar, emulqator, rəng və ətir var. Odur ki, həddindən artıq istehlak edilərsə, uşaqlarda diabet, ürək-damar xəstəlikləri və qida boyası səbəbiylə zehni geriliyə səbəb ola bilər.

Yenixeber.org: Bunu türkiyəli diyetoloq Elif Akçeken deyib.

“Dondurma istehsalının müxtəlif mərhələlərində qeyri-kafi gigiyenik şərtlər kimi səbəblər bir çox mikroorqanizmin yoluxma riskini artırır. Xüsusilə də tərkibindəki süd mikroorqanizmlərin asan çoxalması üçün yaxşı bir mühitdir. Bu səbəbdən dondurmalar mütləq pasterizə olunmuş süddən hazırlanmalıdır. Gigiyenik şəraitdə istehsal olunmayan və ya soyuq zənciri qorunmayan dondurmalarda “Salmonella” və “Bacillus cereus” kimi patogen mikroorqanizmlərlə rastlaşma riski var. Aldığımız qablaşdırılmış dondurmalarda qablaşdırmanın üzərindəki buz hissəcikləri dondurmanın əriyib yenidən donduğunu və bakteriya böyüməsinə açıq olduğunu göstərir. Etibarsız yerlərdən və ya küçə satıcılarından alınan dondurmalara daha diqqətli yanaşmaq lazımdır. Bu səbəbdən qatqısız təbii dadlandırıcılarla hazırlanan pastane dondurmalarına və ya evdə hazırladığımız dondurmalara üstünlük verə bilərik”,-deyə mütəxəssis bildirib.

Diyetoloq qeyd edib ki, səhhətində problemi olmayan şəxslər həftədə 2-3 dəfə iki top dondurma, arıqlamaq mərhələsində olanlar isə həftədə bir dəfə iki top dondurma yeyə bilər. Diabet diaqnozu qoyulmuş şəxslər xüsusi hazırlanmış şəkərli diabet dondurmaları arasından seçim edə bilərlər. Amma bütün hallarda dondurmanı evdə hazırlamaq sağlamlıq üçün daha faydalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam