Siyəzən RİH-nin hüquq şöbəsinin müdiri Gülnar İlyasovanın diplomunun saxta olması iddia edilir.
Yenixeber.org: Adının açıqlanmasını istəməyən rayon sakini redaksiyamıza müraciət edərək şöbə müdirinin diplomunun saxta olmasını iddia edib.
Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
Siyəzən rayon İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Gülnar İlyasovanın diplomu saxtadır, DİM-zi tərəfindən tanınmır. Əvvəl Rusiya federasiyasının Dərbənd şəhərində sonra isə , BDU-nun Hüquq şöbəsinə DİM-dən kənar köçürtmə olunub.
Saxta diplomlu xanımı “sehirli əllər” Qoruyub saxlayaraq hətta Hüquq şöbəsinə müdir təyin ediblər. İlk əvvəl Siyəzən rayon keçmiş icra başçısı işləmiş, Asif Hüseynov saxtda diplomlu xanımı Siyəzən Notariat kantorunun rəhbəri işləmiş Hakim adlı şəxsin xahişi ilə işə götürmüş, sonra isə indiki icra başçısı Novruz Novruzov tərəfindən şöbə müdiri təyin edilmişdir.Hörmətli 7times.az ,sizdən xaiş edirəm, bu məlumatı dəqiqləşdirin görəcəksizki, həqiqətən Gülnar İlyasovanın diplomu saxtdadır. Hətta icra hakimiyyətində bu haqda hamı bilir.
Gülnar ilyasova İstədiyi vaxt gəlib istədiyi vaxt gedir.Günlərlə , həftələrlə işə çıxmır, icra hakimiyyətini usaq baxçasına döndərib. Evladını uşaq baxçasına yox özüylə işə aparır.
Bütün Siyəzən bilirki, Gülnar İlyasovanın diplomu DİM -də qeydiyyatda keçməyib.
Dərbənd univeristendən qeyri qanuni köçürmə ilə gəlib. Keçən il sənədləşmədə problem yaranmışdı.
Hələ qiyabi Dövlət idarə etmə akademiyasında oxumağı, Novruz Novruzovun əlaqələrinə görə oldu, birinci kursdadı.
Sizdən bir daha xaiş edirəm , DİM sorğu göndərin.
Məsələ barəsində sözügedən şöbə müdiri Gülnar İlyasova ilə əlaqə saxlayaraq barəsində səsləndirilən iddialar barədə münasibətini öyrəndik. Gülnar İlyasova şifahi sorğumuza cavab olaraq bildirib ki, qeyd olunan iddialar əsassızdır və həqiqəti əks etdirmir.(7Times.az)