Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Son 5 ildə 231 min şəxsə əlillik təyin edilib

2018-2023-cü illərdə ölkəmizdə 231 min şəxsə əlillik təyin edilib və təyinatdan sonra onlara əlilliyə görə sosial ödənişlər təyin olunub.
Yenixeber.org: Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, aparılan sosial islahatlar əlillik sahəsini də əhatə edir. 2022-ci ilin iyul ayından tətbiq olunan yeni meyarlar əlilliyin artıq məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının pozulması faizi müəyyən edilməklə təyinatına, əlilliyin qiymətləndirilməsi sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə imkan verib.
Yeni meyarlarla əlillik üç dərəcə əsasında deyil, orqanizm funksiyalarının itirilməsi faizi əsasında təyin olunur. Əlillik səbəbləri iki və daha çox olduqda, daha üstün sosial təminat hüququ verən əlillik təyinatı aparılır. Funksiyaların pozulma faizləri eyni olduqda, yekun göstərici 10 faiz, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılır. Ümumilikdə əlillik təyinatına əsas verən meyarların sayında da 4 dəfədən çox artım olub.
Həmçinin 2018-ci ildən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib, Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılıb.
Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi açılacaq, Ağcabədi və Qubada da Uşaq Reabilitasiya Mərkəzlərinin inşasına başlanacaq.
2018-2023-cü illərdə yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının genişləndirilməsi reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 3 dəfə artıma imkan verib.
Bu dövrdə nazirliyin müəssisələrində 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib, əlilliyi olan şəxslərə 240 min reabilitasiya vasitəsi, o cümlədən 431 son nəsil yüksək texnologiyalı protez verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam