Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Ovçular Ət və Ət Məhsulları" MMC ilə AQTA işbirliyi ifşa edilir -ŞOK İDDİALAR

       Ovçuların məhsulları xalqın sağlamlığına vurulan zərərli maddələrlə istehsal edilir..?
Yenixeber.org: Bu gün ölkəmizdə özəl sektorda kifayət qədər fəaliyyət göstərən müəssisələr, firmalar , şirkətlər və ət -toyuq , süd məhsulları istehsal edən fabriklər zavodlar vardır . Dövlətimiz tərəfindən sahibkarlara böyük diqqət ayrılır və hər cür maddi - mənəvi - hüquqi yardım göstərilərək beynəlxalq stantdartların tələblərinə uyğun dahada inkiş etməsinə şərait yaradılır . Bu günkü bazar iqtisadiyyatında azad rəqabət ən önəmli şərtlərdən biridir. Dövlət qayğısı görən müəssisələrdən bir yalnız mediada özünü tərif etdirməklə qayğını səmərəli istifadə etdiyinə işarə vermək istəyərək əsas qurumları nəzarət istiqamətini dəyişməyə nail olmaq istəyir
Bir müddət əvvəl media orqanlarında yayılan məlumatlar göründüyü qədər Ovçular ət və ət məhsulları MMC-nin rəhbərliyini heç də narahat etmir. Belə ki məsələ ilə bağlı apardığımız araşdırma və əldə etdiyimiz məlumatlardanda aydın olur ki, Azərbaycan Qida Təhlükəsizliyi Ağentliyindən adı çəkilən MMC-nin himayədarı varmış. Məsələ ilə bağlı MMC tərəfindən media orqanlarına açıqlama verilməməsinində səbəbi dövlət qurumu hesb edilən təşkilat tərəfindən qorxusunun olmamasıdır. Azərbaycan Respublikasının Prezidentinin dəfələrlə dövlət qurumlarına verdiyi tövsiyələr və göstərişlər göründüyü qədər agentliyin heçdə rəhbərliyinin diqqətinə alınmayıb. Ölkə rəhbərinin təlimatlarını icra etməyən AQTA daxili nizamnamələrinə əsasən bütün istehsalat müəsisələri yoxlanılmalı olduğu halda Ovçular MMC heç cürə müəssisə daxilinə buraxılmır. Qaydalara əsasən AQTA əməkdaşları istehsalat zamanı yoxlama aparmalı olduğu halda müəssisənin çölündə qalaraq MMC-nin əməkdaşlarının verdiyi nümunələr əsasında yoxlama aparır. Bu isə Müəssisənin istəklərinə xidmət göstərmək anlayışını qəti olaraq ortaya qoyur.
Ovçular MMC-nin keçmiş əməkdaşının redaksiyamıza verdiyi məlumata görə, şirkət əhalinin sağlamlığını düşünmədən gəlir məqsədi ilə məhsulun daxilində zəhərli maddələrin olduğunu bildiyi halda qaydalardan kənar istehsalatla məşğul olmaqdadırlar. Məsələyə dəfələrlə müdaxilə etsədə bunun qarşısını ala bilmədiyin deyən əməkdaş sonda işindən olub. Xalqın sağlamlığı hər bir istehsalçının öncəlik prioriteti olması gərəksədə göründüyü qədər əmədaşdan başqa rəhbər strukturdan heç kəsi narahat etməyib. Pul qazanmaq hər bir şəxsin qoyduğu vəsaitdən əldə etmək istədiyi şeydir. Amma xalqı zəhərləməklə gəlir əldə etməyə meyili olmaq və xalqın genefonduna vurulan zərərin miqdarını hesablamadan genetiklə oynamaq isə ən böyük cinayət hesab edilir. Dünya miqyasında Ovçularda baş verən heç bir hall hələ müşahidə edilməyib. Beynəlxalq standartlardan kənarlaşan və milli dəyərlərimizi heçə sayan Ovçular MMC-nin rəhbərliyi məsələ ilə bağlı açıqlama təqdim etməyidə özünə borc bilmir. İstelakçıları aldatması azmış kimi istehsal edilmiş məhsulun saxlama müddəti keçdiyinə görə daxili yeniden emal edilməsi düzgün deyil. Bu halın mövcudluğu istehlakçını aldatmaq hesab edilir. Mənbənin verdiyi məlumata görə, bu maddə ət məhsullarına vurulma səbəbi məhsulun uzun müddət xarab olmamasına şərait yaratması ilə yanaşı onun dahada keyfiətli olmasını təmin edir. Lakin məhsulun üzərindəki müddət qeyd edildiyi gün bitdikdə məhsul yenidən emala verilməməlidir. Məhsulun üzərinə qoyulan istifadə müddəti həmin kimyəvi məhsula görə müəyyən edilir. Müddət bitdikdə məhsul tamamiilə yararsız hesab edilməklə yanaşı qoyulan qaydalara əsasən məhsul məhv edilməlidir. Amma Ovçular MMC-nin istesalında geri qaytarılmış mallar məhv edilmədən yenidən yeni məhsulla birləşdirilir və istesalata verilir. Həmin müddəti bitmiş məhsulun daxilində olan zəhərli maddələr isə müddəti bitdiyindən artıq zərərli toksinlər ifraz edərək insan genetikasına zərər verir. Maddənin daha sonralar törədə biləcəyi fəsadların tam olaraq heçkəsə məlum deyil. Ən əsası isə insan sağlamlığına həmin nitrit maddəsinin heç bir xeyrinin olmamasıdır, zərərindən başqa.
"Ovçular Ət və Ət Məhsulları" MMC ilə AQTA işbirliyi ifşa edilir - ŞOK İDDİALAR
 İddiayada ümumi neqativlərə görə etiraz edən işçi işindən azad edilib. Hətta Covid-19 xəstəliyinə tutulan əməkdaş Blütein təqdim etməsinə baxmayaraq təhqir edilib və öz xoşu ilə işdən azad edilməsi barədə ərizə yazmadığı təqdirdə onu 70c maddəsi ilə işdən çıxarılacağı ilədə öncədən hədələnib. Bütün bu məsələlərin subutunun mediaya təqdim edən mənbə bütün baş verən qanunsuzluqların hər birini detallı şəkildə izah etmişdir.
Ovçular MMC-nin rəhbəri Səməd Cəfərov məsələ ilə bağlı 3 aydır verilən media sorğulara cavab verməkdən yayınmaqdadır. Bəzi media qurumları Ovçular MMC-nin rəhbəri Səməd Cəfərovun susqunluğuna bir anlam verə bilmədiyindən artıq məsələnin aydınlaşması üçün Baş prokurorluğa sorğular verib. Zavod daxilində yoxlamaların aparılması məqsədi ilə Prokurorluqdan köməklik gözləyən media qrumları tezliklə buna müsbət cavab alacaqlarınada əmindirlər. İddiaların əsasız olmadığını bilsəkdə bunu rəsmi sənədlərlə təsdiqə yetirilməsi bir media qurumuna ədalət prinsiplərinin qorunması naminə vacibdir.(UluTv.info)
MƏSƏLƏ İLƏ BAĞLI ARAŞDIRMAMIZ DAVAM EDİR..
İDDİALLARA QARŞI TƏRƏFİN MÖVQEYN DƏRC ETMƏYƏ HAZIRIQ.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam