Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Respublika Dəri-Zöhrəvi Mərkəzi yoxlanıldı, kimlərə töhmət verildi -Müşviq Zeynalov yenə də...

 Respublika Dəri-Zöhrəvi Mərkəzi yenə yoxlanıldı, amma günahkar baş həkim Müşfiq Zeynalov deyil, başqaları bilindi.
Yenixeber.org: Bu barədə redaksiyamıza göndərilən məlumatda deyilir.
Ümumiyyətlə, aparılan hər bir yoxlamada nədənsə, TƏBİB rəhbərliyi baş həkimləri qorumaq məcburiyyətində olur. Təbii ki, bu qarşılıqsız hesab edilmir və son illər TƏBİB rəhbərliyi səviyyəsində baş verən "yanaşmalar" bir çox xəstəxana rəhbərlərinə aid edildiyi kimi, Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşfiq Zeynalova da hələ ki, şamil olunur. Adam qorunur, qorunduğu qədər də "repressiv" davranır.
Xəbər verdiyimiz kimi, Respublika Dəri-Zöhrəvi Mərkəzində operator işləmiş Nərmin Qəzənfərova xadimə ştatına keçirildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevaya və digər onlarla ünvanlara şikayət edib. Və hazırda da şikayət etməkdədir. Onun bu şikayətlərini etməkdə başlıca səbəblərdən biri də guya onun tərəfindən Əmək Məcəlləsinin tələbinin pozulması hesab edilir ki, Nərmin Qəzənfərova hələ də heç bir yerdə işə düzələ bilmir. Həyat yoldaşı işsiz, özü işdən kənarlaşdırılan bu xanımın himayəsində iki azyaşlı uşaq olduğu təqdirdə, TƏBİB rəhbərliyi bu xanımı müdafiəsiz buraxıb, güclünün, pullunun yanında yer alıb. Nərmin Qəzənfərovanın aidiyyatı dövlət orqanlarına ünvanladığı şikayətlər əsasında, TƏBİB növbəti dəfə Respublika Dəri-Zöhrəvi Mərkəzini yoxladı, yenə baş həkim Müşfiq Zeynalov "sudan quru çıxdı."
Əldə etdiyimiz məlumata görə,mərkəzin "dərman deposu" hesab edilən aptekində baş verənlərə, orada maliyyə pozuntusu hesab edilən təsərrüfat sahəsinə yeni ştatlara işçilərin götürülməsi hallarına, Səhiyyə Nazirliyinin sertifikasiya imtahanından keçməyən şəxsin aptek müdiri ştatında işləməsinə və s. hallara görə "qurban verilən" yenə də başqaları oldu. Guya, Muşviq Zeynalovun heç nədən xəbəri yox imiş. Beləliklə, töhmət kadrlar şöbəsinin müdiri Nuridə Almazovaya, Stasionar şöbəsinin tibb bacısı Nəzirə xanıma, fledşer Xanlar müəllimə verilməklə yenə də Müşviq Zeynalov üçün vəziyyətdən çıxış yolu tapılıb. Hətta sonrakı halda hesab edilib ki, fledşer Xanlar müəllim ciddi nöqsanlara yol verib. Ona qarşı da haqsızlıq edilib, yaş həddi bəhanə edilərək işdən kənarlaşdırılıb. Beləcə, Müşviq Zeynalov növbəti yoxlamadan yayına bilib.

Amma görünən odur ki, operatorluqdan xadimə ştatına keçirilən və "statiya" ilə işdən çıxarıldığını həzm edə bilməyən Nərmin Qəzənfərova şikayət etməkdədir. O, artıq Azərbaycan Respublikasının Maliyyə Nazirinə, Dövlət Əmək Müfəttişliyinə, Ombusmana, ölkə rəhbərliyinə, millət vəkillərinə və digər dövlət orqanlarına, mətbuat nümayəndələrinə şikayət etməklə haqqını tələb edir, Əmək Məcəlləsinin müvafiq maddəsi ilə işdən çıxarılmasının ədalətsiz qərar olduğunu bildirir. Buna qarşılıq olaraq, TƏBİB rəhbərliyinin baş həkimi bir zamana qədər müdafiə edə biləcəyini əminliklə ifadə edir.
Qeyd edək ki, bir müddət əvvəl mətbuat Respublika Dəri-Zöhrəvi Mərkəzinin özəyini təşkil edən aptekdəki vəziyyətdən, orada nə səbəbə ixtisaslı aptek müdirinin vəzifəsindən kənarlaşdırılmasından, farmatsiya üzrə işçi kimi saxlanılmasından və qeyri-rəsmi bu vəzifənin Nigar Əliyeva adlı dəri-zöhrəvi həkiminə (kojviniroloq) həvalə edilməsindən, aptek müdiri ştatında işləyən şəxsin Səhiyyə Nazirliyinin keçirtdiyi sertifikasiya imtahanından keçməli olduğundan, xəstələrə lazımi dərmanların verilmədiyindən, yeri gəldikdə baş həkimin “funksiyalarını” Təsərrüfat İşləri üzrə müavin Rasim Quliyevin, baş həkimin müavini Sevil Yusifovanın, onlardan da ötsə, kadrlar şöbəsinin müdiri Nuridə Almazovanın aparmasından və s. məsələlərdən yazıb.(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam