Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

XƏYALPƏRƏSTLİK VƏ "Qəribə Təsadüf"

Yenixeber.org: Bilmirəm, baxmısız, ya yox: hər il, yeni il vaxtı, tv-lərdə bir film verirlər: "Həmişə təmizlikdə və ya qəribə təsadüf". 3 saatlıq bu dram filmi, çox maraqlı senarili və yüksək səviyyədə çəkilmiş kinodur. Filmə baxdıqdan sonra, insan, istər-istəməz kövrəlir, hətta film, ilk saatından etibarən insanı dərin təsiri altına alır....

 Amma... Amması budur ki bu film, eynilə "Titanik" filmi kimi, insanların beyninə yeridir ki sevgi, təsadüfi bir şeydir, şüursuz bir şeydir, insanın özündən asılı deyil!....

Bax bu, çox təhlükəli və çox pisdir!.... Niyə? Çünki insanlar, sevgini, təsadüfi hesab edirsə, deməli oturub sevgini, yəni möcüzəni gözləyəcəklər; sevgi və ailə işini, taleyin axarına buraxacaqlar!.... 

Bu cür filmlərdən, xüsusən qadınlar, çox təsirlənirlər və beyinlərindəki "ağ atlı oğlan" obrazı, daha da güclənir.

Beləliklə nə baş verir? Bir qıza, yüzlərlə elçi gəlir və qız da, hamsına “yox” deyib, nağıldakı qəhrəmanını gözləyir! Nağıldakı qəhrəman da heç vaxt gəlmədiyinə görə qız ya heç evlənmir, ya çox gec evlənir, ya da nağıldakı obraza ən uyğun şəxslə evlənir.... O obrazdakı aldadıcı zahiri xüsusiyyətlər-yaraşıq, etika, savad, var-dövlət, onu aldadır....
Beləliklə də qız, özü də nə istədiyini bilmədiyi üçün, oğlanın daxilinə deyil, xaricinə fikir verdiyi üçün, daxillə və reallıqla qarşılaşanda, şoka girir və boşanmaq istəyir!...

Hətta oğlanın daxili, pis olmayanda da, qız, şok girə bilir; çünki axı qız, ideal axtarırdı!...İndiki dövrün xanımlarına xüsusi başa salmaq lazımdır ki, ağ atlı oğlan, real həyatda olmur, ümumiyyətlə ideal insan yoxdur, varsa da ona sən lazım deyilsən... Bir oğlan idealdırsa, zatən o səni deyil, özü kimi ideal insanı axtaracaqdır...Sizə qəribə gələcək, amma mənim fikrimcə hətta məktəblərdə, universitetlərdə, xüsusi dərs keçilməlidir-sevgi dərsi. İnsanlara anladılmalıdır; sevginin, filmlərdəkindən, romanlardakından çox fərqli bir anlayış olması anladılmalıdır. Sevginin, insanın özündən asılı olan bir şey olduğu, başa salınmalıdır. Xəyaldakı obrazın, realda mövcud olmadığı, başa salınmalıdır. Xüsusən qızlara, aza qane olmaları anladılmalıdır.

Yoxsa milyonlarla ailə, qurulmamış qalacaqdır və milyonlarla ailə, dağılmış olacaqdır....Necə ki, elə indinin özündə, bu proses, getməkdədir, təəssüf ki...

https://www.youtube.com/watch?v=7Jac2VOBe5k


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam